Dünən ittihamçıları təmsil edən vəkil qızın 14 yaşında olduğunu və əqli çatışmamazlıqdan əziyyət çəkdiyini deyib
Pakistanlı hakim kafirlikdə ittiham edilən xristian qızın həbs müddətinin uzadılması haqda qərar qəbul edib. Bu ittiham Pakistanda ölüm cəzasını nəzərdə tutur.
Rimşa Masih bu gün İslamabad məhkəməsinə gətirilib. Hakim onun 14 gün müddətinə əlavə həbsdə saxlanılmasına dair hökm çıxarıb. Vəkil bundan əvvəl elan edilmiş dinləmə prosesinin standart prosedur olduğunu deyib. Yerli televiziyada kimliyinin gizli saxlanılması məqsədilə ağ örtüyə bürünmüş gənc qızın polis tərəfindən müşayiət edildiyi video kadrlar nümayiş etdirilib.
Bu ayın əvvəli qəzəblənmiş qonşular Masihin İslamabaddakı evini dövrəyə alaraq, onu Quran kitabından ayələr əks etdirilmiş səhifələri yandırmaqda təqsirləndirib. Bəzi insanlar onun yemək bişirmək üçün zibillikdən kağız toplayaraq yandırdığını deyib.
Dünən ittihamçıları təmsil edən vəkil 14 yaşlı qızda əqli çatışmazlıq probleminin aşkar edildiyini deyib. Qızın vəkili hakimin şənbə günü dinləmələrdə ədalətli qərar çıxaracağına ümid etdiyini deyib.