Bakı Dövlət Universitetinin doktoru hesab edir ki, plüralizmin bərpası üçün bir müstəqil televiziyanın yayımı bəs edər
Bakı Dövlət Universitetinin doktoru Qulu Məhərrəmli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda televiziyalarda fikir müxtəlifliyinin olmadığını bildirib. Alternativ informasiya təminatında qərb radioları və internet media mühüm rol oynayır.
Onun sözlərinə görə, qanunvericilikdə televiziyalarda plüralizmin təmin edilməsi əsas faktorlardan biri kimi göstərilir. “Amma bu, reallıqda öz əksini tapmır. Kiçik istisnalarla demək olar ki, Azərbaycan televiziya məkanı bir səslidir. Bunun səbəbi televiziyaların yayım və proqram siyasətlərində müstəqil olmamasıdır. Televiziyaların azadlığı yoxdur”.
Ekspertin fikrincə, televiziyaların sifarişlə işləməsi tamaşaçı marağını da azaldır. “Plüralizm məişət verilişlərində, təhsillə bağlı proqramlarda var. Ancaq, siyasi və xəbər proqramlarında plüralizmi demək olar ki, yoxdur”.
O Azərbaycan televiziyalarının qərb standartlarına uyğun olmadığını və şərq avtoritar rejimlərin standartlarından isə irəlidə olduğunu düşünür. “Azərbaycan qərbə inteqrasiya yolunu tutubsa, dünyanın aparıcı qurumlarının üzvüdürsə, bu qurumlar qarşısında öhdəliklər götürübsə, medianın azadlığı öndə olmalıdır. Yazılı mediada fikir azadlığı kifayət qədər var. Prezident, nazirlər, oliqarxlar yazılı mediada kifayət qədər sərt tənqid edilir. Amma, televiziyalarda bunu görmək mümkün deyil. Hətta sosial problemlərin tənqidində belə bir qorxu var”.
Cənab Məhərrəmlinin dediyinə görə, yazılı media cəmiyyətə 2 faiz belə təsir gücünə malik deyil. “Televiziyaların da təsiri və əhatə dairəsi sürətlə azalmaqdadır. Son məlumatlara görə, Azərbaycanda hər 100 nəfərdən 18-22 nəfəri yerli televiziyalara baxır. Qalan insanlar peyk antenaları, kabel televiziyaları vasitəsi ilə xarici televiziyaları seyr edir. Əhali əsasən Türkiyə və Rusiya televiziyalarına baxır. Türkiyə televiziyalarının seyrçiləri bu kanallarda nümayiş etdirilən serialların hesabına sürətlə artmaqdadır”.
Ekspert hesab edir ki, “Amerikanın Səsi”, “Azadlıq” və BBC radioları bir qayda olaraq Azərbaycanda media mühitinin formalaşmasına təsir edib. “Xəbər standartları, xəbər dəyərləri, məlumatı dürüst çatdırmaqla bağlı “Amerikanın Səsi”, “Azadlıq” və BBC radioları uzun müddət nümunə rolunu oynayıb. Bu gün də həmin radioların yayımı yerli tezliklərdən çıxarılsa da, onların saytları yerli media üçün kompas rolunu oynayır”.
Cənab Məhərrəmlinin fikrincə, regionlarda internetin sürətinin zəif olması qərb radiolarına və yerli internet teleradiolara qulaq asmağı və seyr etməyi çətinləşdirir.
O hesab edir ki, Azərbaycanda televiziya mühitində plüralizmi bərpa etmə üçün bir müstəqil televiziyanın yaradılması bəs edər. “İndi internet televiziyaları var. Onların peyk və ya kabel televiziyaları vasitəsi ilə yayımını təmin etmək lazımdır. Məhz, bu alternativ informasiyanın təminatı baxımından əhəmiyyətli olar. Misal üçün deyim ki, 2005-ci ildə alternativ televiziya yaradılmışdı və bir müddət peyk vasitəsi ilə yayıldı, amma nədənsə yayım dayandı. Bu il isə “Azadlıq” qəzeti bir saatlıq tənqidi veriliş yaymağa cəhd etdi”.
Your browser doesn’t support HTML5