Keçmiş millət vəkili deyir ki, hakimiyyət 9 yaşlı uşağın həyat faciəsi üzərində öz siyasi ambisiyalarını qurmaq istəyir
“Bu, Azərbaycan məhkəmə praktikasında analoqu olmayan bir qərardır. Bu qərarlar yalnız qadının analıq hüququndan məhrum edildiyi halda verilə bilər, yəni, ana narkoman, xroniki alkoqolizmə düçar olmuş qadın olduqda verilə bilər,” deyə Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə 9 yaşlı oğlu Toğrulun atası Mahmud Mehdiyevə verilməsi barədə məhkəmə qərarını şərh edərkən bildirib. Bunu hüquq adına biabırçılıq adlandıran xanım Hacıbəyli xatırladır ki, 2006-cı ildə atanın övladı ilə həftədə bir dəfə görüşünə icazə verilməsi barədə qərar olmasına baxmayaraq Mahmud Mehdiyev bu ilin mayınadək bir dəfə də olsun görüşlə bağlı müraciət etməyib.
Məhkəmə heç bir vəsatəti dəyərləndirməyib
İyulun 4-də Nəsimi rayon Məhkəməsi keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun həftənin 5 günü saat 4-dən 9-a qədər, həftənin 6-cı günü isə bütöv gün atası Mahmud Mehdiyevin yanında olması haqda qərar çıxarıb. Keçmiş millət vəkili Gültəkin Hacıbəyli deyir ki, ata övladı ilə maraqlanmır və övladına bugünədək bir manat belə vəsait ayırmayıb: “Ümumilikdə 4 görüş olub, görüşlərin hamısında uşaq qəti surətdə görüşdən imtina edib, ağır depressiyaya düşüb, stress yaşayıb. Birinci görüşdən sonra təcili tibbi yardıma müraciət etməli olduq. Sakitləşdirici iynə vurduqdan sonra uşaq özünə gəldi. Adam mətbuat konfransı keçirib deyir ki, uşağımı mənə vermirlər, amma görüşə gəlir və oğluna “Cəhənnəm ol!”, “Sən mənə çox da lazımsan?”, “Heç ölmürəm səndən ötəri” kimi ifadələrlə müraciət edir, uşağı təhqir edir”.
Oğlu üçün görüşlər işgəncəyə çevridiyini deyən Gültəkin Hacıbəyli bildirir ki, belə bir anda Nəsimi Rayon Məhkəməsi Mahmud Mehdiyevin iddiası əsasında tələsik məhkəmə baxışı keçirərək vəkilimin təqdim etdiyi vəsatətlərin heç birini dəyərləndirilməyib: “Hakim 9 ildə bir manat aliment ödəməyən tərəfi atalıq hüququndan məhrum etmək əvəzinə, 9 il övladına baxan ananın əlindən övladı alır və uşağı tanımadığı “atası”na verirlər. Qərarın qərəzli, sifarişli, vicdansız olması heç kimdə şübhə doğurmur,” – deyə Gültəkin Hacıbəyli Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibəsində deyib.
9 yaşlı uşağın həyatının faciəsi üzərində qurulan siyasi ambisiya
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri xanım Hacıbəyli bu gün qəbul edilən qərarı övladının faciəsi adlandırır: “Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti 9 yaşlı uşağın həyatının faciəsi üzərində öz siyasi amsiyalarını gerçəkləşdirmək istəyir. Ola bilsin ki, bu qərarı qəbul edən insanların qolu zorludur, bu gün məhkəmələrə təzyiq etmək imkanları var. Amma bilirsiniz, imkanlar nə qədər çox olsa da Allahın imkanları qarşısında çox aciz və cılızdırlar”. İlk növbədə başda hakim Etibar Hümbətov olmaqla onların qanun qarşısında cavab verəcəklərinə əmin olduğunu dilə gətirən Gültətik Hacıbəyli o insanları eyni zamanda Allahın mühakiməsinə buraxdığını bildirib.
Xanım Hacıbəyli habelə qərardan Apellyasiya və Kassasiya şikayəti verəcəklərini deyib. Onun sözlərinə görə, bu qərarın icrası praktik olaraq qeyri-mümkündür. O, 9 yaşlı oğlunun 10 yaşından sonra məhkəmədə öz firkini söyləmək hüququna malik olmasını əsas gətirib.
“Özümü də, övladımı da bu yolda qurban verməyə hazıram”
Öz mövqeyindən çəkilməyəcəyini vurğulayan Gültəkin Hacıbəyli məsələnin yalnız onun oğlundan ibarət olmadığını bildirib. “Siyasi fəaliyyətinə görə cəzalandırılan valideyn tək mən deyiləm. Sadəcə övladımın yaşı az olduğu üçün onun cibinə narkotik qoymaq mümkün olmayıb və ya maşınından silah çıxarmaq mümkün olmadığından məni bu formada cəzalandırmaq qərarına gəliblər,” – deyə keçmiş millət vəkili bildirib. Çıxdığı yoldan - ədalət, azadlıq uğrundan mübarizədən onu heç nəyin yayındıra bilməyəcəyi deyən xanım Hacıbəyli hər şeyə hazır olduğunu söyləyib: “Məni bu yoldan heç nə çəkindirə bilməz. Övladımın əlimdən alınması onun həbsi ola bilərdi. Hazırda isə bu məhkəmə qərarı övladımın cəzalandırılmasıdır. Ancaq bu gün bizim həbsdə nə qədər övladlarımız yatır. Bu gün həbsdə talessimiya və astma xəstə Zaur Qurbanlı var. Bundan öncə 19 yaşlı Cabbar Savalanlı həbs həyatı yaşadı. Nigar qızımız absurd ittihamlarla həbs olundu. Düşünürəm ki mənim övladım onların heç birindən, mən də onların analarından artıq deyiləm. Vətən, torpaq bizimdir. Hər birimiz nə vaxtsa, bu torpağın bir parçasına çevriləcəyik. Əgər vətən yolunda, demokratiya, azadlıqlar uğrunda qurban tələb olunursa, mən özüm də, qurban olmağa hazıram, övladımı da bu yolda qurban verməyə hazıram. Analar övladlarını vətən üçün doğurlar. Mən də düşünərəm ki, övladım vətən yolunda, vətənin azadlığı uğrunda şəhid olub. Bununla da qürur duyaram,” – deyə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində bildirib.
“Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb”
Dabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev isə virtualaz.org-a açıqlamasında isə iddiaları təkzib edib.
“Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb. Məhkəmə yalnız belə qərar verib ki, mənim öz doğma oğlumla hər gün saat 16:00-dan saat
21:00-a qədər görüşə bilməyim təmin olunsun. Oğlum yalnız bazar günləri mənim yanımda qalacaq. Burada qeyri-qanuni nə var ki?! Məgər mənim öz doğma balamla görüşmək hüququm yoxdurmu? Atanın öz doğma övladı ilə gündə heç olmasa bircə dəfə görüşmək haqqı nə vaxtdan yasaq edilib? Gültəkin Hacıbəyli bu məsələni niyə siyasiləşdirir? Gültəkin Hacıbəylinin “uşaq atasının kim olduğunu bilmir” sözlərinə gəlincə isə ona ayıb olsun. Uşaq mənim haqqımda gec-tez hər şeyi biləcək. Gültəkin Hacıbəyli öz deputat statusundan və əlindəki hakimiyyətdən istifadə edib uşağımı məndən gizlətmək hüququna malik idimi? İndi mən öz oğlumla tanış olmaq, onu gündə heç olmasa bir dəfə görmək hüququnu əldə etmişəm” - deyə M.Mehdiyev bildirib.
Milli Şuradan dəstək
Bu arada bu gün Demokratik Qüvvələrin Milli Şurası da Nəsimi rayon məhkəməsinin Gültəkin Hacıbəylinin oğlu ilə bağlı çıxardığı qərarı pisləyən bəyanat verib. Milli Şura bu qərarı Gültəkin Hacıbəylinin siyasi mövqeyi ilə izah edir və ona qarşı təzyiq kimi qiymətləndirib:
“Azərbaycan məhkəmə tarixində analoqu olmayan bu qərar hakimiyyətin siyasi opponentlərinə qarşı apardığı repressiya siyasətinin tərkib hissəsidir və Gültəkin Hacıbəylinin siyasi baxışları ilə bağlıdır. Baş verən hadisə hakimiyyətin siyasi mübarizədə bütün hədləri aşmasının, mənəvi dəyərləri pozmasinın təzahürüdür. Milli Şura qəti şəkildə siyasi mübarizədə ailə münasibətlərinə bu formada kobud müdaxiləni yolverilməz sayır”, - deyə bəyanatda bildirilir.
Your browser doesn’t support HTML5
Məhkəmə heç bir vəsatəti dəyərləndirməyib
İyulun 4-də Nəsimi rayon Məhkəməsi keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun həftənin 5 günü saat 4-dən 9-a qədər, həftənin 6-cı günü isə bütöv gün atası Mahmud Mehdiyevin yanında olması haqda qərar çıxarıb. Keçmiş millət vəkili Gültəkin Hacıbəyli deyir ki, ata övladı ilə maraqlanmır və övladına bugünədək bir manat belə vəsait ayırmayıb: “Ümumilikdə 4 görüş olub, görüşlərin hamısında uşaq qəti surətdə görüşdən imtina edib, ağır depressiyaya düşüb, stress yaşayıb. Birinci görüşdən sonra təcili tibbi yardıma müraciət etməli olduq. Sakitləşdirici iynə vurduqdan sonra uşaq özünə gəldi. Adam mətbuat konfransı keçirib deyir ki, uşağımı mənə vermirlər, amma görüşə gəlir və oğluna “Cəhənnəm ol!”, “Sən mənə çox da lazımsan?”, “Heç ölmürəm səndən ötəri” kimi ifadələrlə müraciət edir, uşağı təhqir edir”.
Hakim 9 ildə bir manat aliment ödəməyən tərəfi atalıq hüququndan məhrum etmək əvəzinə, 9 il övladına baxan ananın əlindən övladı alır və uşağı tanımadığı “atası”na verirlər. Qərarın qərəzli, sifarişli, vicdansız olması heç kimdə şübhə doğurmurGültəkin Hacıbəyli
9 yaşlı uşağın həyatının faciəsi üzərində qurulan siyasi ambisiya
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri xanım Hacıbəyli bu gün qəbul edilən qərarı övladının faciəsi adlandırır: “Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti 9 yaşlı uşağın həyatının faciəsi üzərində öz siyasi amsiyalarını gerçəkləşdirmək istəyir. Ola bilsin ki, bu qərarı qəbul edən insanların qolu zorludur, bu gün məhkəmələrə təzyiq etmək imkanları var. Amma bilirsiniz, imkanlar nə qədər çox olsa da Allahın imkanları qarşısında çox aciz və cılızdırlar”. İlk növbədə başda hakim Etibar Hümbətov olmaqla onların qanun qarşısında cavab verəcəklərinə əmin olduğunu dilə gətirən Gültətik Hacıbəyli o insanları eyni zamanda Allahın mühakiməsinə buraxdığını bildirib.
Bu gün həbsdə talessimiya və astma xəstə Zaur Qurbanlı var. Bundan öncə 19 yaşlı Cabbar Savalanlı həbs həyatı yaşadı. Nigar qızımız absurd ittihamlarla həbs olundu. Düşünürəm ki mənim övladım onların heç birindən, mən də onların analarından artıq deyiləm. Vətən, torpaq bizimdir. Hər birimiz nə vaxtsa, bu torpağın bir parçasına çevriləcəyik. Əgər vətən yolunda, demokratiya, azadlıqlar uğrunda qurban tələb olunursa, mən özüm də, qurban olmağa hazıram, övladımı da bu yolda qurban verməyə hazıram. Analar övladlarını vətən üçün doğurlar. Mən də düşünərəm ki, övladım vətən yolunda, vətənin azadlığı uğrunda şəhid olub. Bununla da qürur duyaram!Gültəkin Hacıbəyli
“Özümü də, övladımı da bu yolda qurban verməyə hazıram”
Öz mövqeyindən çəkilməyəcəyini vurğulayan Gültəkin Hacıbəyli məsələnin yalnız onun oğlundan ibarət olmadığını bildirib. “Siyasi fəaliyyətinə görə cəzalandırılan valideyn tək mən deyiləm. Sadəcə övladımın yaşı az olduğu üçün onun cibinə narkotik qoymaq mümkün olmayıb və ya maşınından silah çıxarmaq mümkün olmadığından məni bu formada cəzalandırmaq qərarına gəliblər,” – deyə keçmiş millət vəkili bildirib. Çıxdığı yoldan - ədalət, azadlıq uğrundan mübarizədən onu heç nəyin yayındıra bilməyəcəyi deyən xanım Hacıbəyli hər şeyə hazır olduğunu söyləyib: “Məni bu yoldan heç nə çəkindirə bilməz. Övladımın əlimdən alınması onun həbsi ola bilərdi. Hazırda isə bu məhkəmə qərarı övladımın cəzalandırılmasıdır. Ancaq bu gün bizim həbsdə nə qədər övladlarımız yatır. Bu gün həbsdə talessimiya və astma xəstə Zaur Qurbanlı var. Bundan öncə 19 yaşlı Cabbar Savalanlı həbs həyatı yaşadı. Nigar qızımız absurd ittihamlarla həbs olundu. Düşünürəm ki mənim övladım onların heç birindən, mən də onların analarından artıq deyiləm. Vətən, torpaq bizimdir. Hər birimiz nə vaxtsa, bu torpağın bir parçasına çevriləcəyik. Əgər vətən yolunda, demokratiya, azadlıqlar uğrunda qurban tələb olunursa, mən özüm də, qurban olmağa hazıram, övladımı da bu yolda qurban verməyə hazıram. Analar övladlarını vətən üçün doğurlar. Mən də düşünərəm ki, övladım vətən yolunda, vətənin azadlığı uğrunda şəhid olub. Bununla da qürur duyaram,” – deyə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində bildirib.
“Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb”
Dabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev isə virtualaz.org-a açıqlamasında isə iddiaları təkzib edib.
“Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb. Məhkəmə yalnız belə qərar verib ki, mənim öz doğma oğlumla hər gün saat 16:00-dan saat
Məhkəmə yalnız belə qərar verib ki, mənim öz doğma oğlumla hər gün saat 16:00-dan saat 21:00-a qədər görüşə bilməyim təmin olunsun. Oğlum yalnız bazar günləri mənim yanımda qalacaq. Burada qeyri-qanuni nə var ki?! Məgər mənim öz doğma balamla görüşmək hüququm yoxdurmu?Mahmud Mehdiyev