İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti Türkiyədə işinə başlayıb

İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti Türkiyədə işinə başlayıb

Türkiyədə İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində iştirak edən İran prezidenti Mahmud Əhmədinejad dünya liderlərinə müraciət edərək, qrupun güclü əməkdaşlıq potensialına malik olduğunu deyib. Cənab Əhmıduinejad bunu bu gün, İqtisadi Əməkdaşlıq Təşkilatındakı prezidentliyini Türkiyəyə təhvil verərkən deyib. Ticari əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyan illik toplantıya Əfqanıstan prezidenti Həmid Karzay, Pakistan prezidenti Asif Əli Zərdari və İraq prezidenti Cəlal Talabani də qatılmışlar. Anadolu xəbər agentliyinin bildridyinə görə, Türkiyə prezidenti Abdulla Gül təşkilat üzvlərini qurumun ticarət və inkişaf bankı ilə əməkdaşlığa çağırıb.