Qırğızıstanda seçki nəticələri Rusiyanın dəstəklədiyi namizədin öndə olduğunu göstərir

Qırğızıstanda seçki nəticələri Rusiyanın dəstəklədiyi namizədin öndə olduğunu göstərir

Qırğızıstanın baş naziri Almazbek Atambayev keçən il qanlı iğtişaşlar nəticəsində hökumətin devrilməsindən sonra ilk dəfə keçirilən prezident seçkilərində dövlət başçısı olmağa çalışır.

İlk raund seçkidə səslərin hesablanması başa çatmaq üzrədir və rsəmi nəticələrə görə, Moskvanın dəstəklədiyi cənab Atambayev 63 faiz səslə, digər 15 namizəddən xeyli öndədir. Bu nəticə ona seçkiləri ilə ilk raudda da qazanmağa kifayət edir.

Sabiq boksçu Kaçimbek Taşiyev və Adaxan Maumarov da daxil olmaqla digər namizədlər rəsmiləri seçkiləri saxtalaşdırmaqda ittiham edib. Bəzi namizədlər isə fərqli problemlərdən narazıdır. Onlar bir nəfərin bir neçə dəfə səs verməsindən, bülleten qutusuna nəzarət edən şəxslərin seçicilərin qeydiyyatdan keçməsinə icazə verilməməsindən şikayətlənib. Beynəlxalq müşahidəçilər deyir ki, onlar Qırğızıstanda demokratiyanın gələcəyi barədə ehtiyatlı şəkildə nikbindirlər.

Cənab Atambayevin sözlərinə görə, o, Qırğızıstanda konsensus cığırının açılmasına çalışacaq.