Qırğızıstanda parlament seçkilərinə verilən səslər yenidən hesablanacaq

Qırğızıstanda parlament seçkilərinə verilən səslər yenidən hesablanacaq

Ar-Namys partiyasının lideri Akılbek Zaparov bu gün beş partiyanın liderlərinin planı təsdiqlədiyini bildirib

Qırğızıstanda bazar günü keçirilən parlament seçkilərində qalib gələn beş siyasi partiya altıncı partiyanın yeni koalisiya hökumətinə daxil edilməsi üçün səslərin yenidən hesablanmasına razı olub. Ar-Namys partiyasının lideri Akılbek Zaparov bu gün beş partiyanın liderlərinin planı təsdiqlədiyini bildirib. Millətçi Bütün Qırğızıstan partiyası səslərin cəmi 4.8 faizini alaraq, parlamentdə yer tutmaq üçün lazım olan beş faiz səs ala bilməyib. Partiyanın azı 200 tərəfdarı dünən seçkilərə etiraz edərək, yeni seçkilərin keçirilməsini tələbi ilə yürüş keçirib. Bütün Qirğızıstan partiyasının lideri Adaxan Madumarovun dediyinə görə, seçki rəsmiləri onun partiyasının səslərin beş faizini ala bilməməsi üçün ölkədə seçicilərin sayını artırıb. Partiya səslərin yenidən hesablanmasına dair açıqlama verməyib.