Qırğızıstanda bir il əvvəl Narkotiklərə Nəzarət Xidməti fəaliyyətə başlayıb

Qırğızıstanda bir il əvvəl Narkotiklərə Nəzarət Xidməti fəaliyyətə başlayıb

Qırğızıstanda bir il əvvəl Narkotiklərə Nəzarət Xidməti fəaliyyətə başlayıb. Rusiya ,ABŞ, və BMT narkotiklərlə mübarizə məqsədi ilə o ölkəyə 3.4 milyon dollarlıq vəsait ayırıb. Qeyd edək ki, Qırğızıstan Əfqanıstandan narkotik maddə qaçaqmalçılığının “şimal marşrutu” üzərində yerləşir. Bu xidmətin bugünkü fəaliyyətləri, narkobizneslə mübarizə sahəsindəki problemlər barədə Amerikanın səsinə Qırğızıstanın Narkotiklərə Nəzarət Xidmətinin sədr müavini Kanıbek Nurmatov danışıb.

Bu müddət ərzində müəyyən nailiyyət əldə edilib. 2011-ci ilin 7 ayı ərzində Narkotiklərə Nəzarət Xidməti tərəfindən qanunsuz dövriyyədə olan 441 kq narkotik maddə ələ keçirilib.Qırğızıstan və Tacikistan vətəndaşlarından ibarət mütəşşəkil cinayət qrupları müəyyən edilib”.

Narkotiklərin Qırğızıstan vasitəsi ilə taranzitinə necə son qoymalı sualının cavabında cənab Nurmatov deyib ki, əsas iki marşrut-Dağlıq Bədəxşan və Tacikistan respublikasındakı Suğd vilayətidir ki, məhz bu yollardan narkotiklər Rusiya və digər respublikalara daşınır. “Fəxrlə deyə bilərəm ki, Bədəxşanda güclü maneə yaratmışıq. Bu post yanvar ayından funksiyadadır. Bu müddət ərzində OŞ vilayətinə böyük həcmli narkotik maddə qaçaqmalçılığı dayandırılıb. Digər bölgələrdə sərhədlər açıqlıqdadır. Belə yerlərdə post yerləşdirmək heç bir effektə malik olmur. Biz sərhəd boyu əməliyyat aparırıq” .

Qonşu ölkələrlə əməkdaşlıq hansı səviyyədədir? Qırğızıstanın Narkotiklərə Nəzarət Xidmətinin sədr müavini Kanıbek Nurmatov bildirib ki, Tacikistanla bu sahədə razılıq əldə edilib.

Razılıq dərhal səmərəsini verdi. Özbəkistanla heç bir müqaviləmiz yoxdur. Qazaxıstanla bərabər əməliyyatlarda iştirak edirik. Rusiya ilə isə sıx əməkdaşlıq aparırıq. Bu ölkə ilə 6 milyon dollarlıq qrant barədə razılıq əldə etmişik. Rusiya Federasiyası ilə narkotiklərlə mübarizədə artıq nailiyyətlər müşahidə edilir”.

Bəzi təhlilçilərin fikrincə, ABŞ-ın Əfqanıstandakı qüvvələrinin ixtisarı ilə narkotik maddələrin tranziti artıb. Kanıbek Nurmatov narkotrafikin eyni səviyyədə qalacağını düşünür.

Əfqanıstanda xaş-xaş və tiryək istehsalı davam edəcək. Son illər nakotiklərin əkini artırılıb. Hesab edirəm ki, bu, koalisiya qüvvələrinin ixtisarından asılı deyil. Kəndlilərə alternativ verilməyincə, bu davam edəcək. Çünki bu böyük gəlir deməkdir” .

Gələcək planlar və perspektivlər haqda Qırğızıstanın Narkotiklərə Nəzarət Xidmətinin sədr müavini Kanıbek Nurmatov bildirib ki, narkobizneslə mübarizə üçün möhkəm siyasətə ehtiyac var.

Maneələri möhkəmləndirməliyik. Statistika göstərir ki, narkotiklər çoxsaylı insan həyatına son qoyur. Bu, bizim ölkəmizdən yan keçmir. Bizim ölkəmiş transit olmaqla yanaşı, həm də istehlakçıdır”.