Qırmızı Xaç yaralanmış suriyalılara yardım etməyə çalışır

Qırmızı Xaç yaralanmış suriyalılara yardım etməyə çalışır

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Suriyanı hökumət qüvvələri ilə etirazçılar arasında baş vermiş toqquşmalarda yaralanmış adamlara yardım üçün çıxış təmin etməyə çağırıb.

Yardım qrupuunun təmsilçiləroi deyirlər kli, zorakılıqlar çox sayda itkilərlə nəticələnib və əgər situasiya pisləşsə onda daha çox adam ölə bilər.

Rəsmilər xüsusilə cənubi Dəra şəhərindəki yaralılara çıxış əldə etməyin mühüm olduğunu bildirirlər.

Şahidlər dünən Dəraya əlavə hərbi qüvvələrin gətirildiyini bildirib. Minlərlə qoşunun mövcud olduğu şəhərdə ərzaq, yanacaq, su və eletkrik çatışmazlığı yaşanır.