Builki seçki ilində səsvermə kampanyası zamanı nümayiş etdirilən mənfi reklamlarda Yaxın Şərqdə islamçı militantların irəliləməsi və Ebola epidemiyasının yayılması göstərilirdi. Ancaq təqaüddə olan yepiskop rahib və yazıçı Gin Robinson deyir ki, Amerika üçün ən böyük təhdid cəmiyyətdə qorxu yaratmaq idi.
Gin Robinson: "Görünməmiş bir gücə və resurslara sahib olan Birləşmiş Ştatlar kimi bir ölkədə xalqın belə qorxu içində yaşaya bilməsi çox narahatedicidir."
Avtomobil sürərkən mesaj göndərmək əleyhinə bu reklam ictimai səhiyyənin yaxşılaşdırılması üçün qorxudan necə istifadə edildiyinə bir nümunədir.
Bu yaxınlarda Vaşinqtonda tibb və antropoloqiya mütəxəssislərinin iştirak etdiyi konfransda Şimali Texas Universitetinin tədqiqatçısı Doq Henri bildirib ki, Afrikada Ebola xəstələrinə yardım edən tibb işçiləri üçün tətbiq edilən karantin uğursuzluqla nəticələndi.
Doq Henri: "Bu epidemiya göstərdi ki, əgər sizdə sadəcə qorxu hissi varas və ya qorxu mesajı alırsınızsa, başqa sözlə, özünüzün bir effektiv mesajı yoxdursa, insanların buna reaksiyası qeyri-adekvat olur. Bu, kütləvi panikaya, isteriyaya yol açır."
Qorxu faktoru Amerika siyasətində əvvəllər rol oynayıb. 1933-cü ildə prezident Franklin Ruzvelt inaqurasiya çıxışı zamanı demişdi: “Bizim qorxacağımız şey, qorxunun özü olmalıdır.”
Məşhur komediya ustası Con Stüart xəbər agentliklərinin təhlükəni şişirdiyi fikrini dəstəkləyib.
Con Stüart: “Siz son xəbərlərə diqqət etmisinizmi? Yəqin ki eşitmisiz, biz hamımız öləcəyik.”
Qriqori Batton: “Bütün mədəniyyətlərdə müəyyən səviyyədə qorxu və qeyri-müəyyənlik hissi hər zaman mövcuddur.”
Tennesi universitetinin tədqiqatçısı Qriqori Batton ölkədə ölüm hallarının başlıca səbəbi olan avtomobil qəzalarının kütləvi isteriya yaratmadığını vurğulayır.
Qriqori Batton: "Mədəniyyətlər hansı sosial problem üzərində fikirlərini cəmləşdirəcəyini özləri seçir. Bəzən bu qeyri-rasional görünür."
Siyasi reklamların və xəbər agentliklərinin xaricdən gələ biləcək təhlükəni qabartmasına baxmayaraq, sorğular göstərir ki, amerikalıların çoxunu işlə təmin olunma və iqtisadiyyat narahat edir.