Birləşmiş Ştatların Dövlət Departamenti Qlobal terrorizm" adlı illik hesabatını açıqlayıb. Hesabatda terrorizmin başlıca sponsorları kimi İran və Suriya rejimləri tənqid olunur. Hesabatda keçən il həyata keçirilən terror hücumlarında Suriya rejimini dəstəkləyən İranın və baş qərargahı Livanda yerləşən Hizbullanın böyük rol oynadığı deyilir.
Dövlət Departamentinin sözçüsü Cenifer Psaki deyir ki, Vaşinqtonu Suriyadakı münaqişədə xarici döyüşçülərin iştirak etməsi narahat edir. “Bizi istər Suriyada, istərsə də zorakılıqların olduğu qonşu ölkələrdəki xarici döyüşçülər narahat edir. Biz buradan öz mövqeyimizi bildiririk. Bizim narahatlığımıza Suriyadakı böhranın regionda yaratdığı qeri-sabitlik səbəb olub.”
Hesabatda eləcə də, 2012-ci ildə Əl-Qaidənin Pakistan bölməsi və Yəməndəki filialının zəiflədiyi deyilsə də, şəbəkəyə mənsub bəzi qrupların daha sərbəst hərəkət etdiyi deyilir.
Birləşmiş Ştatlar prezidenti Barak Obama keçən həftə terrorizmlə mübarizə ilə bağlı çıxışında deyib: “Bütün bunlar o deməkdir ki, biz Benqazidə gördüyümüz kimi, yaxud Əlcəzairdəki BP neft şirkətinə edilən hücumlar kimi lokal xarakterli təhlükələrlə üzləşəcəyik. Onlar periodik olaraq qərb diplomatlarını və şirkətlərini hədəf alacaq, eləcə də insan oğurluğu və digər cinayətlər törədəcəklər.”
Dövlət Departamentinin hazırladığı hesabatda deyilir ki, çoxu Əfqanıstan, Pakistan və İraq olmaqla, 2012-ci ildə dünyanın 85 ölkəsində terror hücumları həyata keçirilib.
Amerika Tərəqqi Mərkəzindən Yaxın Şərq üzrə təhlilçi Mətyu Dass Suriyadakı iğtişaşların İraqda zorakılıqların artmasına səbəb olduğunu deyir. “Suriyadan İraqa döyüşçülərin rahat gedib-gəlməsi, qaçaqmalçılıq üçün yaranmış marşrut indi əks istiqamətdə işləyir.”
Dass İraqdakı zorakılıqların əsasən ölkədə davam edən siyasi fikir ayrılıqıları səbəbindən baş verdiyini deyir ki, bunların həll olunması üçün siyasi kanallar mövcud deyil. O, deyir ki, müxalifətə səs verilməsi terror təşkilatlarını zəiflədə bilər.
Dövlət Departamentinin hesabatında deyilir ki, terrorizmlə hər hansısa mübarizə dünya boyu terroru alovlandıran ideologiyanı məğlub etməyə yönəlməlidir.