Qlobal səhiyyəyə ən böyük təhdid sürətlə artmaqda olan şəkər xəstəliyidir

Qlobal səhiyyəyə ən böyük təhdid sürətlə artmaqda olan şəkər xəstəliyidir

9 ay sürən tədqiqatın nəticələri bədən tərbiyəsinin xəstələrin çoxunun dərman dozalarını yarıya endirdiyini göstərib

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, qlobal səhiyyəyə ən böyük təhdid sürətlə artmaqda olan şəkər xəstəliyidir. İkinci tip diabet bu xəstəliyin ən geniş yayılmış formasıdır. Preston Svanson kimi ikinci tip diabet xəstələri qanda şəkərin normada saxlanması üçün fiziki fəaliyyətə üstünlük verir.

Mənim xolesterin, triqliserid, qan təzyiqi, və şəkərim normadan yuxarı idi.

Beynəlxalq Diabet Fondunun təxminlərinə görə, Hindistan və Çində 285 milyon insan şəkər xəstəsidir. Birinci tip diabet mədəaltı vəzin tamamilə funksiyasını itirməsi ilə yaranır. İkinci tip diabetə isə mədəaltı vəzin kifayət qədər insulin ifraz etməməsi yol açır. Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, şəkər xəstələrinin 90 faizini ikinci tip diabet xəstələri təşkil edir.

Bir çox diabet xəstəsi kimi Savnson doktor Timoti Çörçün tədqiqatlarına qoşulana qədər bir sıra probmlərə malik idi.Pennington Biotibb Araşdırmaları Mərkəzinin həkimi dr. Çörç 260 ikinci tip diabet xəstəsi üzərində araşdırma aparır. Doktorun tədqiqat qrupu xəstələri üç qrupa ayırıb. Bunlar gəzinti, ağırlıq qaldırmaq, aerobika və çəkiyə nəzarət qruplarından ibarətdir. Dr.Çörç:“Ağırlıq qaldırmaq şəkərə çox az nəzarətlə maşahidə edilir. Yerimək şəkərə nəzarətə bir qədər artıq yardım edir. Lakin bunların kombinasiyası həqiqitən çox nailiyyətli olub.

Dr. Çörçün dediyinə görə, fiziki fəallıq kombinasiyası qrupunun üzvləri təqribən 2.5 kiloqrama bərabər bədən piyi itirib. Onlarda əzələ itkisi müçahidə edilməyib. Doktorun dediyinə görə, diabet xəstərləri üçün əzələ faktoru olduqca mühümdür.

9 ay sürən tədqiqatın nəticələri bədən tərbiyəsinin xəstələrin çoxunun dərman dozalarını yarıya endirdiyini göstərib.

Həftədə 140 dəqiqəlik idman şəkər xəstələrinin həyatını tamamilə dəyişə bilər.