Alimlər deyirlər ki, dəniz səviyyəsi qalxır və qalxmaqda davam edəcək. Dünya boyu sahil bölgələrdə bu artıq hiss olunur və çoxları bu yeni reallığa uyğunlaşmağa çalışır. Bunun cavabını Kaliforniyanın Lonq-Biç şəhərində nümayiş etdirilən sərgidə tapmaq olar.
Qasırğalar və sellər Yer kürəsini başına alıb gedən yeni reallıqdır. “Sakit Akvarium tərəfindən hazırlanan bu videoda biz dəniz səviyyəsindən aşağı bölgələrin su səviyyəsinə daha həssas olduğunu görürük” deyə, meteoroloq Den Kayan bildirir.
"Son 20 ildə su səviyyəsi böyük sürətlə qalxıb. Bizim fikrimizcə, qarşıdan gələn bir neçə onillikdə daha da sürətlənəcək.”
Alimlərin fikrincə əsrin sonunadək dünyada dəniz səviyyəsi bir mertə qədər qalxacaq. “Dəniz səviyyəsinin qalxması 2100-cü ildə sona çatmayacaq. İstixana qazlarının planetdə enerji balansını pozmasına görə, bu problem həmişə olacaq.”
Den Kayan istixana qazlarının planeti qızdırdığını deyir. “İqlimin istiləşməsi ilə gələcəkdə Qrinlandiya, Antarktika kimi bölgələrdə su səviyyəsinin qalxması potensialı mövcuddur .“
“Dəniz səviyyəsinin qalxması ilə problemi var. Eyni zamanda sahildə yaşamaq arzusu da var. Sahil bölgələrdə böyük inşaat işləri aparılır" deyə, sərginin kuratoru Frensis Anderton bildirir.
Bu sərgidə insanların sellər və dəniz səviyyəsinin qalxmasına uyğunlaşdıqlarını göstərən foto-şəkillər nümayiş etdirilir. Məsələn, Banqladeşdə şagirdlər üzən məktəblərə getməyə başlayıb. Hollandiyada üzən evlər kimi yüksək texnikalı evlər inşa edilir. Alimlər deyirlər ki, sahil bölgələrdə yaşayış üçün yeni yollar axtarılmalıdır.