Qlobal ərzaq qiymətləri düşüb

  • Amerikanın səsi

Qlobal ərzaq qiymətləri düşüb

BMT Ərzaq və Kənd Təssərüfatı Təşkilatı bildirir ki, dekabr ayında qlobal ərzaq qiymətləri 2.4 faiz düşüb.

Qurumun açıqladığı hesabatda deyilir ki, təlabatın azalması və dənli bitkilər, şəkər və yağların bolluğu qiymətlərin ucuzlaşmasına yol açıb. Ümumən götürdükdə ərzaq qiymətləri ötən fevral ayı ilə müayisədə 11 faiz düşüb.

Qiymətlər son həftələrdədüşsələr də onlar adətən olduğundan daha yüksək olaraq qalırlar.

Ərzaq və Kənd Təssərüfatı Təşkilatı bildirir ki, qlobal iqtisadiyyatın, valyuta bazarlarının və enerji qiymətlərinin qeyri-müəyyənliyi ərzaq qiymətlərinin gələcəkdə necə olacağını proqnozlaşdırmağa imkan vermir.