İlin yekunları: ABŞ pul siyasətinin qlobal iqtisadiyyata təsirləri [Video]

Your browser doesn’t support HTML5

İnvestisiyalar ABŞ-a qayıdır

Güclənən iqtisadiyyat pulların ABŞ-a axmasına şərait yaradır

ABŞ Federal Ehtiyat Bürosunun QE3 kimi tanınan kəmiyyət yüngülləşməsinin son aktı bu ilin oktyabr ayında başa çatır. Lakin mərkəzi bankın bu monetar stimulusu 2015-ci ildə dünya iqtisadiyyatında özünü büruzə verəcək. Ekspertlər borc-alma proqramının ABŞ iqtisadiyyatını tənzimlədiyini deyirlər. Amma bu proqram təkcə ABŞ-ı yox, inkişaf etməkdə olan iqtisadiyyatları da milyadrlarla dollarlarla təmin edib. İndi isə o pullar artıq ABŞ-a geri dönməyə başlayıb.

ABŞ faiz dərəcələrinin artacağı gözlənildiyi üçün, Amerikanın sərmayə məkanı kimi cazibəsi artır

2008-ci ildən bəri ABŞ mərkəzi bankı qlobal iqtisadiyyata 4 trilyon dollara yaxın pul buraxıb. Dövriyyəliyi artırmaqdan əlavə, kəmiyyət yüngülləşməsi ABŞ faiz dərəcələrini də azaldıb.

Çox insanın ABŞ-da inflasiyanın artacağından qorxmaqlarına baxmayaraq, bu vəsait faizdən gələn pulun yüksək olduğu ölkələrə axır.

Ketrin Man Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş iqtisadçısıdır.

Faydalananlar sırasına Braziliya, Rusiya, Hindistan və Çin daxildir. Lakin Maliyyə Şəbəkə Birliyinin əməkdaşı Bred Makmillan ABŞ faiz dərəcələrinin gələn il artacağı gözləndiyi üçün pulların ABŞ-a geri dönməyə başlayacağını bildirir.

“ABŞ faiz dərəcələrinin artacağı gözlənildiyi üçün, Amerikanın sərmayə məkanı kimi cazibəsi artır. Biz inkişaf etməkdə olan ölkələrə gedən pulların geri qayıdacağını görəcəyik.”

Ketrin Man bunun pis əlamət olmadığını bildirir.

“Bunun səbəbi ondadır ki, Federal Ehtiyat Bürosunun kəmiyyət yüngülləşməsini azaltması ilə bərabər ABŞ iqtisadiyyatı artdı. Ona görə də, iqtisadi kapital bölüşdürülsə belə inkişaf etməkdə olan bazarlar ixrac baxımından təkmilləşdilər.”

Bunun səbəbi isə güclü dolların xarici ixracları ucuzlaşdırmasıdır. Lakin digər tərəfdənsə güclü dollar maliyyə bazarında qeyri-sabitliyi artıra bilər.

Alyans maliyyə xidmətləri şirkətinin baş iqtisadi məsləhətçisi Məhəmməd Əl-Əryan:

“Niyə xarici mübadilə bazarı yenə də qeyri-sabitdir? Çünki biz çox sürətli mərkəzi bankdan çox seçimli mərkəzi banka doğru gedirik. Əvvəllər hər kəs eyni şeyi amma fərqli böyüklükdə edirdi. İndi isə bizim sürtələrini azaldan iki mərkəzi bankımız var: İngiltərə Bankı və Federal Ehtiyat Bürosu, və sürətini artıran digər iki mərkəzi bankımız var: Mərkəzi Avropa Bankı və Yaponiya Bankı.”

hökümətlər beynəlxalq ticarəti artırmağa çalışmalı və təkmilləşmə dövründən faydalanmalıdırlar. Biz artıq ciddi uzunmüddətli artım dövrünə doğru gedirik.

Ekspertlər qeyri-sabitliyin iqtisadi nizamlanmanın tərkib hissəsi olduğunu deyirlər. Beynəlxalq maliyyə müşaviri Ceyms Berkli bunun qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi ola biləcəyini deyir.

“Mən düşünürəm ki, hökümətlər beynəlxalq ticarəti artırmağa çalışmalı və təkmilləşmə dövründən faydalanmalıdırlar. Biz artıq ciddi uzunmüddətli artım dövrünə doğru gedirik.”

Dünyanın fərqli bölgələrindəki iqtisadi tənəzzülə baxmayaraq, ekspertlər daha güclü ABŞ iqtisadiyyatı ilə yanaşı aşağı neft qiymətlərinin istehlaka təkan verəcəyinə inanırlar. Və bu o deməkdir ki, istehlakçılar daha çox mal alanda, dünya mallarının 35 faizindən çoxunu istehsal edən inkişaf etməkdə olan iqtisadiyyatlar 2015-ci ilin qaliblərinə çevriləcəklər.