Qlobal iqlim dəyişikliyi ərzaq istehsalına mənfi təsir göstərəcək (audio)

Qlobal iqlim dəyişikliyi ərzaq istehsalına mənfi təsir göstərəcək (audio)

Alimlərin bildirdiyinə görə qlobal iqlim dəyişikliyinin səbəb olduğu proqnozlaşdırılan yüksək temperaturlar və yağışın intensivliyinin dəyişməsi dünyanın əksər hissələrində ərzaq istehsalına mənfi təsir göstərəcək. Yeni hesabat növbəti 40 il ərzində dünya üzrə aclığa məruz qala biləcək regionları müəyyən etmək üçün araşdırmalara əsaslanır.

Araşdırmaların nəticəsi təəccüblü deyil, belə ki, hal-hazırda ərzaq çatışmazlığı ilə mübarizə aparan regionların bəziləri iqlim dəyişikliyində daha da çətin vəziyyətlə üzləşəcəklər.

İqlim dəyişikliyinin sizə təsiri daha çox bu dəyişikliyin sizin regionun havasına təsirindən asılıdır. Bundan başqa havanın sizin həyat tərzinizə təsirindən və sizin bu dəyişikliyin öhdəsindən gəlmək bacarığınızdan asılıdır.

Filip Tornton: `Məqsəd bu üç elementi birlikdə nəzərdən keçirməkdir.`

Qlobal iqlim dəyişikliyi ərzaq istehsalına mənfi təsir göstərəcək (audio)

Beynəlxalq mal-qara araşdırmalar institutunun nümayəndəsi Filip Tornton yeni hesabatın müəlliflərindən biridir. Tornton və onun həmkarları gələcəkdə baş verə biləcək iqlim dəyişikliyinə daha həssas olan və bu dəyişikliyin öhdəsindən gəlmək üçün zəif olan, və qaynar nöqtə adlandırılan regionları aşkar etməyə çalışırlar.

Filip Tornton: `İqlim dəyişikliyinin ərzaq sisteminə təsirini müəyyən etmək və ya ictimayyətin bu problemlərin qarşısını necə alacağını müəyyən etmək çətindir. Ona görə də biz təxminlər etmişik.`

Onlar iqlim dəyişikliklərinə həssas regionlar qismində əkinçilik sahələrindən istifadə edirlər. Buna səbəb hava şəraitinin daha çox təssərrüfat çox olan yerlərə təsir göstərməsidir. İctimaiyyətin iqlim dəyişikliyinə uyğunlaşmaq bacarığını imtahan etmək üçün onlar ölkədə uşaqların sayına nəzər salıblar.

Yüksək hərarətin tropik ölkələrdə fəsillərin müddətinin azalmasına gətirib çıxaracağı gözlənilir. Hesabat əkinçilik fəsilinin 5 faizini itirəcəyi gözlənilən regionlara nəzər salaraq 370 milyon insanın bundan zərər çəkəcəyini ehtimal edib. Bu regionlara Cənubi Asiya, əsasən Hindistan, Nigeriya, Niger, Mali və Qərbi Afrikanın bir hissəsi, bundan əlavə Sudanın bir hissəsi, Efiopiya, Uqanda, Zambiya və Şərqi və Cənubi Afrikanın başqa hissələri də daxildir. Bu regionlarda hal-hazırda aclıq problem olaraq qalır.