Yay mövsümündə bir çox yeniyetmə tətildə ikən, Virciniya ştatının Bedford şəhərində gənclər qlobal gənclik düşərgəsində toplaşıb. 12 günlük bu tədbir Beynəlxalq İrs Təşkilatı tərəfindən təşkil edilib. Gənclər sülhün bərqərar edilməsi yollarını öyrənir. 35-ci tədbirdə dünyanın 100 ölkəsindən 4000 yeniyetmə itrirak edir.
Kofi Jiara dostlarına Qana rəqsini öyrədir. 15-lə 18 yaş arasında 22 gənc Çin, Eritrea, Liviya, Polşa və ABŞ kimi müxtəlif ölkələrdən gəlib. “Müxtəlif insanlarla tanış olduqda fərqli mədəniyyətlərə, amma bir çox bənzərliklərə malik olduğumuzu öyrəndirm.”
Qlobal Gənclik Düşərgəsində Kofi digərləri ilə qaldığı yeri bölüşür.“Onlar mənə qardaş kimidir. Birlikdə bir çox işlər görürürk. Özümü evdəki kimi hiss edirəm.”
Kofi liderlik qabiliyyətini gücləndirmək istəyir.
Gonzo Ocampco valideynləri Perudan olan amerikalıdır. O, Kofinin təbiətən lider olduğunu deyir.“Cavbdehdir, ağır işləyir, işinə məsuldur.”
Proqram yeniyetmələri əməkdaşlığa, fərqləri qəbul etməyə, habelə digər ölkələrdən olanlarla təmas qurmağa təşviq edir.
İncəsənət təlimçisi Toni Santa Ana deyir ki, məqsəd qlobal vətəndaşlıq yaradıb, dünyanı daha yaxşı yerə çevirməkdir. “Oyun, incəsənət, deyib-gülmək, rəqs yolu ilə harmoniya içində dinc bir düşərgə yaratmaq bizim məqsədimizdir.”
Kofi incəsənət kurslarında bacarığını nümayiş etdirməyə çalışır. “Hər gün fərqli bir iş görürəm. Dizaynların hamısı fərqli və unikal olur.”
O, həyatında ilk dəfə şey yazmağa cəhd edir. “Ayrı-seçkilik alovu qurbanlarını külə çevirir. Mən istəmədən və ya qəsdən edilməsindən asılı olmayaraq ayrı-seçkiliyin əleyhinəyəm.”
Santa Ananın dediyinə görə, incəsənət dərsləri Kofiyə yeni üfiqlər açır. “O, hissiyatları haqda danışmır. Bunu incəsənət yolu ilə edir.”
Kofi yoldaşları ilə bərabər stereotipləri silməyi öyrənir. “Yerli amerikalılar, hindlilər televiziyada gördüyüm rəngdə deyil. Onlar elə bilirdi ki, mən afrika geyimlərində gəzirəm, amma mən qərbsayağı geyinirəm. Çoxları bunu bilmirdi.”
Kofi burada öyrəndiklərinin həyat dərsi olduğunu və ona daha yaxşı lider olmaq imkanı yaratdığını deyir.