Bütün dünyanın nəzəri Yunanıstanın üzərində olduğu bir vaxt, müşahidəçilər digər ölkələrin-əsasən də inkişaf etməkdə olan ölkələrin-təhlükəli səviyyədə böyük borc yığdığını deyir. Bu borcların əksəriyyəti qazanc əldə etmək istəyən özəl investorlar tərəfindən verilir və kreditlərə heç bir qurum nəzarət etmir.
Kredit bazarında böyük artım müşahidə edilir. Bunların çoxu isə daha yoxsul ölkələrdə baş verir. Ona görə də biz narahatıq ki, bunun qarşısı alınmasa belə ölkələrdə yeni borc böhranları baş verə bilərTim Jones
Yunan bankları müflisləşmə həddində olduğu və ölkə avrozonadan xaric olma təhlükəsi ilə üzləşdiyi üçün bütün dünyanın diqqəti Yunanıstanın üzərində idi. Lakin müşahidəçilər deyir ki, böyük borc böhranının inkişaf etməkdə olan bir çox ölkə də baş verməsi mümkündür.
“Kredit bazarında böyük artım müşahidə edilir. Bunların çoxu isə daha yoxsul ölkələrdə baş verir. Ona görə də biz narahatıq ki, bunun qarşısı alınmasa belə ölkələrdə yeni borc böhranları baş verə bilər.”
Borc böhranı təhlükəsində olan 20 ölkə arasında Mozambik da yer alır.
“Mozambikin iqtisadiyyatı yüksək sürətlə artır. Ölkəyə yüksək miqdarda borc axını daxil olub, lakin eyni zamanda, yoxsulluq və qeyri-bərabərlik də artıb. Ona görə də bu kreditlər ölkədəki problemləri həll etməyə yardım etmir.”
Əksər hallarda ölkələr infrasturkutu inkişaf etdirmək üçün beynəlxalq bazarda kredit alır. Lakin Yubiley Borc kampaniyası alınan borcların çox vaxt lazımısız yerə israf olunduğunu bildirir. Qrup artıq 20 ölkədə borc böhranın başladığını və digər ölkələrin də iqtisadi böhran yaşama ehtimalı qarşısında olduğunu deyir.
Bunların hamısı sonuncu maliyyə böhranına bağlıdır, deyə Xarici İnkişaf İnstitutunun mütəxəssisi Cudit Tayson bildirir.
“Biz qazanc əldə etmək məqsədilə kredit verilməsi hallarının artdığını müşahidə etmişik. Avropa və ABŞ investorları daha çox buraya sərmayə qoyurlar, çünki bizim iqitsadiyyatlarda faiz dərəcələri aşağıdır. Onların inkişaf etməkdə olan ölkələrdəki borclara böyük məbləğdə sərmayə qoyurlar.”
Cons deyir ki, digər ölkələr onilllər boyu borc içində yaşayıb. Bunlardan biridə Yamaykadır.
Əslində Yamayka 1990-cı illərdən bəri dövlət gəlirlərində artım müşahidə edib, lakin yenə də borc qalıb, çünki faiz dərəcələri çox yüksəkdir və bu borcları qaytarmaq iqtisadiyyata böyük ziyan vurur.
“Əslində onlar 1990-cı illərdən bəri dövlət gəlirlərində artım müşahidə ediblər, lakin yenə də borc qalıb, çünki faiz dərəcələri çox yüksəkdir və bu borcları qaytarmaq iqtisadiyyata böyük ziyan vurur. Bu isə onu göstərir ki, xərcləri azaltmaqla borc böhranından qurtulmaq mümkün deyil.”
Bu, Yunanıstan hökümətinin irəli sürdüyü arqumentdir. Lakin başda Almaniya olmaqla Avropa ölkələri iqtisadiyyatı bərpa etməyin yeganə yolunun xərcləri azaltmaq və islahat tətbiq etmək olduğunu iddia edir. Borcu olub inkişaf etməkdə olan ölkələr üçün isə digər risklər də mövcuddur.
Borcların hamısı xarici valyuta, məsələn dollar və avro ilə alınıb. Yəni ölkədə valyuta devalvasiyası baş verəndə kredit ödənişləri artır.
Müşahidəçilər kreditlərin daha sərt tənzimlənməsinə və böhranda olan ölkələrin borclarının bir hissəsinin silinməsinə çağırır.