QİÇS-ə qarşı mübarizədə ümid işığı [Video]

Your browser doesn’t support HTML5

QİÇS-ə yol açan ölümcül İİV virusuna qarşı mübarizədə artıq bir ümid işığı yaranıb. Bu yaxınlarda təxminən 400 nəfər üzərində sınaqdan keçirilən yeni vaksin immun sistemin müsbət reaksiya verməsinə səbəb olub. Sınaqla bağlı detallar Lanset adlı tibb jurnalında dərc olunub.

Biz hələ ki, əldə etdiyimiz nəticələrdən razıyıq, nikbin olsaq da, ehtiyatlıyıq, çünki növbəti sınaq keçirilməyənədək, vaksinin işləyib-işləmədiyini bilə bilmərik.
Dan Baruş

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya boyu təxminən 37 milyon insan İİV/QİÇS-dən əziyyət çəkir. Hər il 1,8 milyon yeni insan bu virusa yoluxur, bir milyon insan isə bu səbəbdən dünyasını dəyişir.

Lakin rezus meymunları və insanlarda aparılan sınaqlarda QİÇS əleyhinə yeni vaksin müsbət immun sistemi reaksiyası yaradıb.

Dan Baruş sınağın aparıcı tədiqatçılarından biridir.

“Bu o deməkdir ki, bu sınaqda biz bu vaksinin insanların İİV infeksiyasına yoluxmalarına qarşı həqiqətən qoruyub qorumadığını yoxlayırıq”- deyə, o bildirib.

Sınaq noyabr ayında Cənubi Afrikada başlayıb. Orada İİV-yə yoluxma riski yüksək olan 2600 gənc qadın üzərində sınaq keçirilir.

“Laboratoriyalarda çox sayda müxtəlif vaksinlər sınaqdan keçirilsə də onlardan çox azı insanlar üzərindəki təsirinin yoxlandığı mərhələyə çatıb”, Dan Baruş deyir.

İİV 1980-ci illərdə ilk ortaya çıxandan bəri dünya boyu təxminən 80 milyon insan bu virusa yoluxub.

“Biz hələ ki, əldə etdiyimiz nəticələrdən razıyıq, nikbin olsaq da, ehtiyatlıyıq, çünki növbəti sınaq keçirilməyənədək, vaksinin işləyib-işləmədiyini bilə bilmərik,” Baruş söyləyir.

Sınağın ikinci mərhələsinin 2021-ci ildə başlayacağı gözlənilir.