Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri qiymətlərin cüzi arta biləcəyini güman edir, Tarif Şurası məsələnin gündəlikdə olmadığını bildirir
Gələn ildən yanacağın qiymətlərinin artacağı gözlənilir. Bunu bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da qismən təsdiq edib.
O jurnalistlərə deyib ki, gələn ildən Azərbaycanda “Euro-3” standartı tətbiq ediləcək.
“Standart hazırdır, həyata keçirilməsi məsələsi qalıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra 2014-cü il yanvarın 1-dən etibarən yeni standartın tətbiqinə başlanılacağı gözlənilir”, Həsənov qeyd edib.
Komitə sədrinin sözlərinə görə, “Euro-4”, “Euro-5” standartları da artıq hazırlanıb, lakin bu standartlar hələ rəsmi şəkildə qüvvəyə minməyib.
“Yeni standartla əlaqədar yanacağın qiymətinin artacağını düşünmürəm. Lakin bu baş versə də, çox cüzi ola bilər. Hesab edirəm ki, ekologiya və sağlamlıq hər şeydən vacibdir. Ona görə biz bu standarta keçməliyik”.
Öz növbəsində Tarif Şurasının mətbuat katibi Abbas Əliyev yerli mediaya deyib ki, yanacağın qiymətinin artırılması bu qurumun gündəliyində deyil.
“Benzinin qiymətinin artması üçün Tarif Şurasına heç bir müraciət daxil olmayıb”, o qeyd edib.