Tarif Şurasının qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağı və digər məhsulların qiymətlərini artırması ekspertlər tərəfindən sərt tənqid edilir. Ekspertlərin sosial şəbəkələrdə paylaşdığı şərhləri təqdim edirik.
Natiq Cəfəri: Qiymət artımı istehlak mallarının və xidmətlərin bahalaşmasına səbəb olacaq
REAL Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Tarif Şurasının qərarının dili qəlizdir, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır.
Qərardan sitat: Ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur.
Cavabım: Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti -ABƏŞ (Bp) uzun illərdir ki, səmt qazını hökumətə pulsuz verir, ildə təqribən, 2,5-3 mlrd. m3 pulsuz qaz alırlar. Bəs niyə bu qazı əhaliyə pulsuz vermirlər?! Əhalinin istehlakı, bu həcmdən bir az çoxdur, bu məntiqlə biz qazı pulsuz almalıyıq.
ABƏŞ uzun illərdir ki, səmt qazını hökumətə pulsuz verir, ildə təqribən, 2,5-3 mlrd. m3 pulsuz qaz alırlar. Bəs niyə bu qazı əhaliyə pulsuz vermirlər?!
Natiq Cəfərli
Qərardan sitat: Diferensial qiymət tətbiq ediləcək, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdir.
Cavabım: Smart kart sistemi deyil bizdə? Biz karta pul qoyub sayğaca yükləyirik, sayğaca yüklənmiş pul bitəndə qaz kəsilir. İndi hökumət nə biləcək ki, mən ildə nə qədər qaz istehlak edəcəm? Sayğac hansı qiymətdən il ərzində yüklədiyim pulu siləcək? Bunun mexanizmi necə olacaq?!
Qərardan sitat: Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdir.
Cavabım: Deyirlər ki, 70% əhali 250 k/s-ta qədər istifadə edir, tutalım elədir, bəs 30% adam deyil? Bu 2,5 mln əhali, 500 minə yaxın abonent deməkdir. Bunlar necə ödəniş edəcək?
Kommersiya qurumları üçün qiymət artımı bütün istehlak mallarının və xidmətlərinin bahalaşmasına səbəb olacaq, manatın qiymətdən düşməsinə görə artan qiymətlərin üzərinə hələ 15-20%-ə yaxın əlavə "enerji xərci" gələcək. Bax belə, zay idarəçilik sisteminin fəsadları hələ çox olacaq...
Aslan İsmayılov: İnsanları soğan kimi soymaqla büdcə dolmaz
Hüquqşünas Aslan İsmayılov yazır ki, qazın qiyməti iki dəfə, işığın isəqiyməti 50 faizdən çox qaldırılıb.
“Məqsəd boş büdcəni insanların hesabına doldurmaqdır. Diferensiasiya, hesablamalar, rəqəmlər sadəcə bəhanədir. Özü də yenə aztəminatlılar hesabına. Niyəsini Hüseyn Arabulun (O Azərbaycanda özəl Barmek şirkətinin
Hüseyn Arabul məhz yüksək çinli məmurlardan işıq pulu tələb etdiyinə görə onun sonuna çıxdılar. Min kvadrat metrlərlə villaları, akvaparklardan tutmuş, vəhşi heyvanlarla dolu hektarlarla bağ sahələrinə kimi olanlar onsuz da işıq, qaz pulu ödəmirlər.
Aslan İsmayılov
sahibi olub və sonradan cinayət işi qaldırılıb, ölkəni tərk edib-red) aqibəti göstərdi. Məhz yüksək çinli məmurlardan işıq pulu tələb etdiyinə görə onun sonuna çıxdılar. Min kvadrat metrlərlə villaları, akvaparklardan tutmuş, vəhşi heyvanlarla dolu hektarlarla bağ sahələrinə kimi olanlar onsuz da işıq, qaz pulu ödəmirlər. Doğrudanmı başa düşmürlər ki, insanları soğan kimi soymaqla büdcə dolmaz. Ən dəhşətlisi isə odur ki, bu qiymət artımını durduracaq bir dənə də addım atılmır”, o facebook səhifəsində yazır.
Qadir İbrahimli: Qərar əslində bahalaşma deməkdir
İqtisadçı Qadir İbrahimli hesab edir ki, Tarif Şurasının qazın qiymətini diferensiallaşdırılması barədə qəbul etdiyi qərar əslində bahalaşma deməkdir.
“Diqqət edin. Qərara görə, ildə 1500 kubmetrədək olan istehlakçılar 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
İndiki tariflərlə biz ildə 375 manat ödəyirdik. Yeni tariflərlə ildə 600 AZN ödəməliyik
Qadir İbdarimli
Sadə hesablama. Oktyabrdan başlayaraq aprelə qədər bizim evin aylıq qaz xərci 50 AZN olur. Bu arada biz ayda 500 kubmetr qaz istehlak edirik. 7 ayda bu göstərici 3500 kubmetr olur. Təbii ki, bu aylarda qaz istehlakının artması evin istilik təchizatı ilə bağlıdır. İlin qalan 5 ayında isə istehlak 50 kubmetrə çatır. Bu hesabla biz ildə 3750 kub metr qaz istehlak edirik. Deməli, bunun 1500 kubmetrini 10 qəpikdən, 2250 kubmetrini isə 20 qəpikdən ödəməliyik. Bu hesabla indiki tariflərlə biz ildə 375 manat ödəyirdik. Yeni tariflərlə isə ildə 600 AZN ödəməliyik (1500X10 qəpik= 150 AZN, 2250X20=450 AZN)”, iqtisadçı qeyd edir.
Rövşən Ağayev: “Terapiyasız şok...
İqtisadçı Rövşən Ağayev “Terapiyasız şok...” başlıqlı bloq yazısında qeyd edir ki, qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək.
Hələ 2015-ci ilin əvvəllərində Dünya Bankının hesabatında qeyd edilirdi ki, Azərbaycanda 5% kritik yoxsulluq və 28% təminatlı orta təbəqə arasında qalan 67%-lik əhali qrupu hər hansı daxili və ya xarici iqtisadi şoklar səbəbindən dərhal yoxsullar cərgəsinə düşə bilərlər Əksinə, hökumətin dayanıqlı sosial siyasət həyata keçirəcəyi təqdirdə həmin qrup tədricən orta təbəqənin sırasını genişləndirə bilər.
Bizdə 1-ci variant baş verir: neft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirlərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil. Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilində çevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdur. Bəyanatlarda, rəsmi statistikada olan xəyali iqtisadiyyatdan söhbət getmir, real həyatda bizim malik olduğumuz, yaramıza məlhəm qoya biləcək iqtisadiyyatdan söhbət gedir.
Sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətli pisləşməsinin qarşısını almağa resursu yoxdur. Söhbət, 1.3 milyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir.
Rövşən Ağayev
Başqa tərəfdən, sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətli pisləşməsinin qarşısını almağa resursu yoxdur. Söhbət, 1.3 milyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir.
Təkcə bir faktı xatırlatma kifayətdir ki, manatın 2 dəfə ucuzlaşdığı, ən zəruri istehlak mallarının səbətinin 50%-dək bahalandığı son 2 ildə həmin bu çoxmilyonlu həssas təbəqənin büdcə hesabına gəlirləri cəmi 10% indeksasiya edilib.
Hökumət ölkədə yoxsulluğun miqyasının kütləvi genişlənməsinin qarşısını almağa nəinki hazır görünmür, əksinə qarşıdakı 4 il üçün açıqlanan və hər il üçün azalma ilə proqnozlaşdırılan büdcə göstəriciləri daha çox hökumətin yaranmış durum qarşısında əlacsızlığına işarədir. Məsələn, açıqlanan proqnozlara görə, 2020-ci ildə büdcə xərcləri 2016-cı ilin göstəricisindən azı 3 mlrd. manat az olacaq.
90-cı illərdə sosialist sisteminin bazar iqtisadiyyatına transformasiyası ilə bağlı "şok terapiyası" islahatları geniş yayılmışdı (buna qədər isə 80-ci illərin ortalarında Boliviya və İsrail bu siyasəti tətbiq etmişdi). Qiymətlərin liberallaşdırılması nəticəsində əhalinin üzləşdiyi şoka hökumət dövlətsizləşdirmə, pul kütləsinin kəskin azaldılması, özəl sektora geniş meydan verməklə cavab verirdi.
Bizdə isə indi şok var, amma terapiya yoxdur. Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir. Hətta öz idarəçiliyində saxladığı şəraitdə belə, bu şirkətlərə korporativ idarəçilik prinsipləri gətirməyə, onların şəffaflığını təmin etməyə maraqlı görünmür.
İndi isə islahatlar çox gec görünür - vaxtı keçmiş, ağırlaşmış xəstəlik kimi...