Milyon kiloqram buzdan hazırlanmış qış möcüzəsi [Video]

Your browser doesn’t support HTML5

Milyon kiloqram buzdan hazırlanmış qış möcüzəsi

İkimərtəbəli, nəhəng buz üstündə sürüşmək bura gələn insanların bayram əhval-ruhiyyəsini hiss etməsinə səbəb olur. Buz sürüşgəni Vaşinqton şəhəri yaxınlığında yerləşən Qaylord Milli Park sərgisinin bir hissəsidir. Havanın mənfi 13 dərəcə olduğu bu qış möcüzəsi artıq 9 ildir ki, fəaliyyət göstərir.

Milad bayramının məşhur filmi olan “Qırmızı burun Rudolf” filmindən bir səhnəni hazırlamaq üçün təxminən milyon kiloqrama yaxın buzdan istifadə edilib.

Bunun nəticəsində 1400 kvadrat metrlik park rəngarəng buz heykəlləri ilə bəzədilib.

“Buz heykəlləri dedikdə adətən şəffaf bir şey düşünürük. Məncə bu cür canlı rənglərdən ibarət heykəllər görmək hər kəsin xoş təəccübünə səbəb olur. Biz buz şousundan 14-dən çox rəngdən istifadə etmişik. Çox insan heykəllərin arası ilə gəzdikdə bunların həqiqi olduğuna inana bilmir. Şounun sonunda şəffaf buz heykəlləri də nümayiş etdirilir.” - deyə, milli parkın işçisi Reyçel bildirib.

Çin və Monqolustandan olan 35 buz heykəltəraşı bu sərgini təşkil etmək üçün uzun yol qət edərək ABŞ-a gəlib. Şounu hazırlamaq üçün onlara bir aydan çox vaxt lazım olub.

Bu il şounu iki yüz mindən çox insanın izləyəcəyi gözlənilir.