Qida inkubatoru: Restoran biznesinə başlayanlara dəstək [Video]

Your browser doesn’t support HTML5

Restoran biznesi çox ağır bir işdir. İşin mürəkkəbliyi bir qırağa, çoxlu sənəd, bürokratiya və maliyyə işləri bu bizneslə məşğul olanlar üçün keçilməz bir səddə bənzəyir. Union Kitchen adlanan qida inkubatoru restoran biznesinə yenicə başlayanlara bu çətinlikləri qət etmək üçün köməyini göstərir.

Vaşinqtonda yerləşən Chaia restoranında nahar vaxtıdır.

“Bizim bitkilərdən ibarət mövsümi tako ideyamız var idi. Amma onun alınıb-alınmayacağına əmin deyildik.”

Nəticədə, Bettina Stern və onun biznes partnyoru bu məhsulu yerli bazarda yoxladırlar.

“Bir saat yarım ərzində 50 tako satdıq. Növbəti həftə yenə qayıtdıq və eyni vaxtda 100 tako satdıq.”

Beləliklə, 2013-cü ilin mayında satılan 50 tako bu ilin aprelində 30,000 tako oldu.

“Union Kitchen olmasaydı, çətin ki, burada olardıq.”

Bu uğurun səbəbi Union Kitchen adlanan qida inkubatorudur.

“Bizim məqsədimiz onlara dəstək verməkdir.”

İnkubatorda sığorta, vergi və dizaynla bağlı köməklik göstərilir.

“Bu inkubatorun üzvləri həmin resurslara birbaşa çıxış əldə edirlər.”

Burada 70-ə yaxın təcrübəsiz qida şirkətləri peşəkar mətbəxdən istifadə edə bililər.

“Union Kitchen bizə imkan verir ki, bura gələk və kiçik maliyyə ilə birbaşa işə başlayaq.”

Nubsta Filip Vanq Foodhini adlı onlayn restoranın sahibidir. O, Məcid kimi qaçqın aşpazlarla çalışır. Məcid aşpazlığı Suriyada öyrənib. Müharibə başlayandan sonra isə valideynləri ondan ölkəni tərk etməyi istəyiblər.

“Mən əvvəlcə İordaniyaya getmişdim və orada olanda fotolarda evimin xarabalığa çeverildiyini gördüm. Bu mənim üçün çox ağır idi.”

Onun doğulduğu məkan yerlə yeksan olub.

“Hər gün, hər həftə yeni bir qida növü hazırlayıram. Özümə məxsus qida növü…”

Anasının ona öyrətdiyi kimi. Evli və iki uşaq atası olan Məcid Union Kitchen-in yaratdığı imkanlar sayəsində zorakılıqdan uzaq, yeni həyata başlaya bilib.