Qanunvericiliyə təklif edilən düzəlişlər vətəndaş cəmiyyətinin tamamilə məhv edilməsinə, insan hüquq və azadlıqlarının tamamilə pozulmasına yönəlib
QHT-lərin fəaliyyəti haqqında qanunvericiliyə təklif edilən düzəlişlər vətəndaş cəmiyyətinin tamamilə məhv edilməsinə, insan hüquq və azadlıqlarının tamamilə pozulmasına yönəlib. Vətəndaş cəmiyyəti fəallarının bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirilən görüşündə səslənən əsas fikir bundan ibarət idi.
Toplantı dünən parlament komitəsinin QHT-lərin, dini və digər qurumların qrantlardan və ianələrdən istifadəsinə nəzarəti sərtləşdirən düzəlişlər layihəsini təqdir etməsi ilə əlaqədar keçirilib.
Görüş iştirakçıları düzəlişlərin tərəfdarlarının onların vətəndaş cəmiyyətinin fəallığını təmin edəcəyi barədə arqumentlərini təkzib ediblər.
“Şəffaflıqdan danışsaq, o, hamıya aid olmalıdır. Ədliyyə Nazirliyi QHT-lərin sorğusuna cavab vermirsə, ondan 90-180 manat cərimə alınır, bir halda ki, QHT Ədliyyə Nazirliyinin sorğusuna cavab vermədiyi halda 18 min manat cərimə olunur. Hətta kommersiya təşkilatlarından belə bu qədər cərimə alınmır”, deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.
Vəkil Əsabəli Mustafayev bildirib ki, düzəlişlər QHT-lərin məhvinə yönəlib.
“Qrantların qeydiyyatdan keçirilməməsinə görə cərimələr o deməkdir ki, birinci mərhələdə dövlət qeydiyyatı olmayan QHT-lər aradan qaldırılacaq. Növbəti mərhələdə hakimiyyət QHT-lərin təkrar qeydiyyatını həyata keçirəcək və xoşagəlməz QHT-ləri qeydiyyata almayacaq.
QHT-lərin qeydiyyatı ilə bağlı xəbərdarlıq sisteminin tətbiq edilməsi haqqında paralel qanun layihəsi hazırlamaq, həmçinin qrantların on-line qeydiyyatına nail olmaq lazımdır, belə ki, çox vaxt QHT-lər xarici donorlarla elektron müqavilələr bağlayır, yerli notariuslar isə onları təsdiq etmir”, deyə Mustafayev bildirib.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu hesab edir ki, hakimiyyətin hərəkətlərində məntiq axtarmağa dəyməz.
“Bu, hazırki vəziyyətə, daha dəqiq desək regionlardakı kortəbii xalq iğtişaşlarına reaksiyadır. Sirr deyil ki, vətəndaş cəmiyyəti institutlarında əsas intellektual potensial və repressiv siyasətə qarşı müqavimət gücü cəmləşib. Buna görə hakimiyyət vətəndaş cəmiyyəti fəallarını regionlardan ayırmaq istəyir”, deyə o qeyd edib.
Demokratik İslahatlar Uğrunda Cəmiyyətinin sədri Oqtay Gülalıyev hakimiyyətin ölkədə insan hüquqlarına qarşı total hücum həyata keçirdiyini bildirib.
“Onlar bizim regionlara gedib insanlarla görüşməyimizi istəmirlər. Mənə xəbərdarlıq ediblər ki, “iğtişaşlara çağırış” ittihamı ilə həbs edəcəklər”, deyən Gülalıyev beynəlxalq təşkilatları vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə göz yummamağa çağırıb.
“Onların repressiv rejimin, yoxsa vətəndaş cəmiyyətinin yanında olduğunu müəyyən etməyin vaxtı çatıb. AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəsi qəbul edilmədikdən sonra yeni repressiyalar dalğası başladı və yeni siyasi məhbuslar yarandı”, deyə Gülalıyev bildirib.
RATİ direktoru Emin Hüseynov Azərbaycanın Belarus və Rusiyanın yolu ilə gedəcəyi barədə fikir bildirib.
“Bizim hakimiyyətimiz icazəsiz mitinqlərdə iştiraka görə cəzaları sərtləşdirən, xaricdən yardım alanları əcnəbi casuslar elan edən rusiyalı həmkarlarının repressiya tədbirlərini təqlid edir”.
Müzakirələrin yekunlarına görə sözügedən mürtəce düzəlişləri müzakirədən çıxarmaq tələbi ilə parlamentə müraciət etmək qərara alınıb. Bu çağırış eşidilməsə, prezidentə mürtəce qanuna veto qoymaq çağırışı ediləcək. Eyni zamanda beynəlxalq təşkilatlara ölkə hakimiyyətinin vətəndaş cəmiyyətinin boğulmasına yönəlmiş düzəlişləri qəbul etməsinin qarşısını almaq məqsədilə ona təsir göstərmək çağırışı ilə müraciət ediləcək.
Hakimiyyət tələblərini nəzərə almayacağı təqdirdə, vətəndaş cəmiyyəti fəalları kütləvi etiraz aksiyalarına başlamaq hüququna malik olduqlarını bəyan ediblər.