Bu barədə Nümayəndələr Palatasının bazar ertəsi qəbul etdiyi qətnamədə deyilir
ABŞ Konqresi Şərqi Avropa ölkələri xalqlarının səylərini dəstəkləyir və Dövlət Departamentini həmin dövlətlərdə islahatları dəstəkləməyə çağırır. Bu, Amerika ilə tərəfdaşlıq münasibətlərini irəlilətməyə imkan verəcək.
Bu barədə Nümayəndələr Palatasının bazar ertəsi qəbul etdiyi qətnamədə deyilir.
Turan Agentlinin məlumatına görə dörd aparıcı konqresmen Ed Roys (Xarici Əlaqələr Komitəsinin rəhbəri), Eliot Engel, Uilyam Kitinq və Ted Po (terrorizm üzrə alt komitənin rəhbəri) bu qətnamənin müəllifləridir.
Qətnamə gələn həftə Vilnüsdə keçiriləcək Şərqi Tərəfdaşlıq Sammiti ərəfəsində qəbul edilib. “Demokratik, stabil Şərqi Avropa və Qafqaz ABŞ-ın milli maraqlarına uyğundur”, - qətnamədə vurğulanır.
Qətnamə müəllifləri hesab edirlər ki, Şərqi Tərəfdaşlıq proqramı vasitəsilə Avropa İttifaqı ilə yaxınlaşmaq “regionda demokratik dəyərləri, yaxşı dövlət idarəçiliyini və iqtisadi imkanları irəlilədəcək”.
Regionda sabitlik və iqtisadi çiçəklənmə NATO və Avropa İttifaqının tərəfdaşları üçün vacibdir. Proqramın üzvləri – Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Belarus müxtəlif dərəcədə Avropa İttifaqı ilə iqtisadi və siyasi əlaqələri möhkəmləndirməyə, Avropa Tərəfdaşlıq Proqramında iştiraka can atır.
Avropa İttifaqı ilə assosiativ saziş region ölkələrinin heç birinə təhlükə törətməsə də Rusiya Ukrayna, Moldova, Gürcüstan və Ermənistanı Aİ ilə assosiativ saziş imzalamaqdan çəkindirməyə çalışır.
Əsasən Moskva Gürcüstana təzyiq göstərir və işğal etdiyi Abxaziya, Cənubi Osetiya və Gürcüstanın qalan hissəsi ilə inzibati sərhəddə maneələr qurur.
Rusiya qoşunları qüvvələrin mövqelərdən çıxarılması ilə bağlı 2008-ci il sazişinə məhəl qoymurlar. “Bu cür işlər Rusiyanın ATƏT-in Helsinki prinsipləri, Paris xartiyası çərçivəsində öhdəliklərinə ziddir.
“ABŞ Ukrayna, Moldova və Gürcüstan və Şərq Tərəfdaşlığının digər üzvlərinin xalqlarının Avropa üzrə səylərini dəstəkləyir. Vaşinqton hesab edir ki, Aİ ilə əlaqələrin genişlənməsi həmin ölkələrə, bütün regiona, hətta Rusiyaya fayda gətirəcək, onları demokratiya, azadlıq və sülhə yaxınlaşdıracaq”, - sənəddə deyilir.