İranın Qərbi Azərbaycan vilayətində son günlərdə koronavirusa yoluxma hallarının sayında davamlı şəkildə artım müşahidə olunur.
Qərbi Azərbaycan Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri, doktor Cavad Ağazadənin açıqlamalarına görə, sentyabrın 26-da 136 yeni yoluxma faktı qeydə alınıb. O, xüsusilə vilayətin mərkəzi Urmiyə şəhərinin böhran vəziyyətində olduğu qeyd edib.
Ağazadə hazırda vilayətdə Covid-19 səbəbilə 699 nəfərin xəstəxanalara yerləşdiyini bildirib. Bunlardan 159-u reanimasiya şöbəsində müalicə alır.
SEE ALSO: Şərqi Azərbaycanda bir gün ərzində koronavirusdan 17 ölüm halı qeydə alınıbYarı-rəsmi İLNA agentliyi Urmiyə şəhərində koronavirus xəstələrini qəbul edən xəstəxanalarda yer qalmadığını bildirib.
“Urmiyədə koronavirus xəstələrini qəbul edən Taliqani, Mütəhhəri, İmam Rza və İmam Xomeyni xəstəxanalarının tutumu dolub. Hazırda bu xəstəxanalar tutumun üstündə xəstə qəbul etməlidirlər,” agentliyin xəbərində qeyd edilib.