“İranın və Yaxın Şərqin iki böyük qızıl mədəni və başqa çeşidli mədənlərə sahib olan Tikantəpə İranın ən yoxsul şəhərlərindən biridir. Bu şəhər Tehran və başqa bölgələrə köç, məhrumiyyət və geri qalmışlıq ilə qarşı-qarşıyadır,” deyə Meysəm Azadi bu yaxınlarda Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərində (rəsmi adı ilə Tekab) 17 mədən işçisinə şallaq vurulması xəbərinə münasibət bildirir.
Your browser doesn’t support HTML5
Urmiyədən Amerikanın Səsinə danışan mədəni fəal Meysəm Azadi Tikantəpə qızıl mədənlərində çalışan fəhlələrin ağır durumu və üzləşdikləri çətinlikləri anlatmaqla yanaşı əsasən qeyri-fars cəmiyyətlər, o cümlədən türklərin yaşadığı bölgələrdə iş vəziyyətinə dair ayrıseçkilikləri şərh edir.
Qızıl mədənlərində zəhərli maddələr olduğuna görə işçilər dəfələrlə zəhərlənib sağlıqlarını itirirlər. İşçilər işlərinə uyğun maska tapa bilmirlər.
2014-cü ildə İranın ikinci böyük qızıl mədəni olan Tikantəpənin Ağdərə mədənindən qovulmuş və işə götürənin şikayəti ilə Qərbi Azərbaycan məhkəmələrində həbs, pul cəriməsi və şallaq cəzasına məhkum edilmiş 17 mədən işçisinin şallaq hökmünün (30 ilə 100 zərbə) icra edildiyinə dair məlumatı İran mediası, o cümlədən yarı-rəsmi Fars xəbər agentliyi yayıb.
Fars şallaq hökmünün tətbiqindən sonra fəhlələrin bir neçəsinin zindana salındığını bildirib. Amma Meysəm Azadinin sözlərinə görə, Qərbi Azərbaycan vilayətinin ədliyyə başqanı fəhlələrin həbs edildiyini inkar edib, şallaq zərbələrinə məruz qalanların sayının isə 17 deyil 9 olduğunu israr edib.
Sabiq tələbə fəal Meysəm Azadi Qərbi Azərbaycanda iqtisadi, ictimai və ekoloji problemlər haqqında araşdırmalar aparıb. Onun baş redaktoru olduğu “Urmu” adlı tələbə dərgisinin üç sayı nəşr edildikdən sonra məsullar tərəfindən qapadılıb.
Azadinin anlatdıqlarına görə, İranın ən böyük iki qızıl mədəni olmaqla yanaşı Yaxın Şərqin də ən böyük qızıl mədənləri arasında olan Tikantəpənin Zərşoran və Ağdərə mədənlərində çalışan fəhlələr mövsümlük və tək tərəfli iş müqavilələri üzündən asanlıqla işdən çıxarılma ehtimalı ilə qarşı-qarşıya olmaq eləcə də, maaşlarının gecikməsi və zəhərli maddələrə məruz qalaraq ölümcül xəstəliklərə tutulmaq kimi problemlərlə üzləşirlər:
Onlar çox aşağı maaşla işlədilir, bir tərəfli müqavilələr bağlanır. İşəgötürən istədiyi zaman onları qova bilir. Bu günlərdə Zərşoran qızıl mədəni işçiləri əsla yaxşı durumda deyillər. Bir müddətdir işçilərin aylıqları verilməyib və bu durum onların ailələrinin yaşamını çox çətinləşdirir.
“Tikantəpənin qızıl mədənlərindən tək payı neçə yüz işçisi olmasıdır, ancaq işçilər də yaxşı durumda deyil... Onlar çox aşağı maaşla işlədilir, birtərəfli müqavilələr bağlanır. İşə götürən istədiyi zaman onları qova bilir. Bu günlərdə Zərşoran qızıl mədəni işçiləri əsla yaxşı durumda deyillər. Bir müddətdir işçilərin aylıq maaşları ödənməyib və bu durum onların ailələrinin dolanışığını xeyli çətinləşdirir.
Qızıl mədənlərində zəhərli maddələr olduğuna görə işçilərin sağlığı qorunmalıdır. Amma iş təhlükəsizliyi olmadığı üçün işçilər dəfələrlə zəhərlənib sağlıqlarını itirirlər. İşçilər işlərinə uyğun maska tapa bilmirlər.
Mədən məsulları elə ki, görürlər, işçilər zəhərlənib və həyatlarını itirmə ehtimalı var və ya bir sıra xəstəliklərə tutulublar, onları müxtəlif bəhanələrlə qovub haqlarını almaq imkanı vermirlər.”
O, zəhərli maddələr üzündən həyatlarını itirib ya ağır xəstəliklərə tutulan bəzi işçilərin adlarını çəkib.
Türk fəal ümumiyyətlə İranda qeyri-fars cəmiyyətlərə qarşı yürüdülən ayrı-seçkilik siyasətinin işsizliyin yüksək səviyyəyə qalxmasına yol açdığını deyir.
“İranda fars olmayan millətlərə qarşı ayrıseçkiliklər var. Biz türklər də bu ayrıseçkiliyə məruz qalırıq. Fars şəhərlərində fabrikaların tikilməsinə rahat icazə verirlər... Urmiyə şəhərində bəzi durumlarda şahid olmuşam ki, fabrika təsis etmək istəyənlər bunu fars şəhərlərində etməyə təşviq edilirlər,” o, qeyd edir.
Fabrika təsis etmək istəyənlər bunu fars şəhərlərində etməyə təşviq edilirlər,Meysəm Azadi
Meysəm Azadinin sözlərinə görə, fəhlələrə qarşı şallaq hökmü digər fəhlələrin qorxudulması və gələcəkdə baş verə biləcək etirazları önləmək məqsədilə icra edilmiş ola bilər.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) mayın 31-də yaydığı bəyanatında Qəzvin və Qərbi Azərbaycanda şallaq hökmlərinin icrasını qınayıb. Qurum həmçinin şallaq cəzasının beynəlxalq insan haqları qanununa görə qadağan olunduğunu vurğulayaraq, İran rəsmilərini bu “qəddar, qeyri-insani və alçaldıcı” cəzanın tətbiqinə son qoymağa çağırıb.