Qədim artefaktların bərpası
Your browser doesn’t support HTML5
İraqda İŞİD-ə qarşı döyüşən qüvvələr qədim Nineviya şəhəri ərazisində yerləşən Mosula nəzarət üzərində mübarizəni davam etdirir. Bu ilin əvvəli isə Suriya höküməti tərəfdarı qüvvələr İŞİD-in nəzarət etdiyi Palmira şəhərini geri alıblar. Hər iki yerdə bəşəriyyət üçün böyük əhəmiyyəti olan arxeoloji abidələr məhv olub. Bəziləri isə hətta bərpası mümkün olmayacaq dərəcədə dağıdılıb. Lakin kompüterlər və 3-D printerləri olan alimlərlərdən ibarət fədakar bir qrup qədim abidələri və oradakı artefaktları qoruyub saxlamağa niyyətlidir.