Stansiyanın icarə haqqı ilə bağlı Azərbaycanla Rusiya arasında razılaşmanın əldə olunması mümkün olmayıb.
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edib. Bu bardə Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 10-da bəyanatla çıxış edib.
Sənəddə deyilir ki, Azərbaycanla Rusiya arasında Qəbələ Radio Lokasiya Stansiyası (RLS) ilə əlaqədar intensiv danışıqlar aparılıb.
Azərbaycan Respublikası danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. Danışıqlar zamanı adı çəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb.