“Düşünmürəm ki, ABŞ-ın Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı hansısa bir marağı var”, Amerika səfiri bildirib
“Düşünmürəm ki, ABŞ-ın Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı hansısa bir marağı var”. APA agentliyinin xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında deyib.
“Hesab edirəm ki, Azərbaycan Qəbələ RLS-in sahibi olaraq bundan hansısa formada istifadə etməyə özü qərar verəcək”, - deyə səfir bildirib.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Qəbələ RLS-lə bağlı müzakirələri Azərbaycan tam hüquqi çərçivədə aparıb və məsələ hüquqi çərçivədə həll olunub.
O qeyd edib ki, Qəbələ RLS ilə bağlı Rusiya ilə imzalanmış icarə müqaviləsinin müddəti başa çatıb və yeni sazişin bağlanması üçün şərtlər üzrə razılıq əldə olunmayıb.
"Buna görə Qəbələdəki stansiyanın bağlanması qərarına gəlindi. Bundan sonra müvafiq komissiyalar Rusiyanın mülkiyyətində olan avadanlıqların oradan çıxarılması məsələləri kimi texniki məsələlərin həllinə başlamalıdır. Yəqin ki, gələn il artıq bu komissiyalar fəaliyyətə başlayacaq", nazir müavini qeyd edib.