Vətəndaşlar Azərbaycana gətirilib
Qəzza bölgəsində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin səyləri ilə bu bölgədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Təxliyyə prosesi Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.
Mətbuat xidməti bildirir ki, vətəndaşlar hazırda Azərbaycandadır.