BMT Qəzzaya yardımı dayandırır

Son 50 ildə İsraillə müharibə zamanı fələstinlilərin zərər çəkmiş və dağıdılmış binanların bərpasına kömək edən Birləşmiş Millətlər Təşkilatının idarəsinin rəhbəri çərşənbə günü xarici donorları sözlərini tutmağa və lazımı maddi yardımı verməyə çağırıb.

BMT-nin fələstinli qaçqınlarla iş üzrə idarəsinin baş komissarı Pyer Krahenbul Qəzzadakı situasiyanın kritik olduğunu qeyd edib və bildirib ki, idarə onminlərlə fələstinli ailəsinə yardımı dayandırmaq məcburiyyətində qaldığı üçün məyusdur.

“Biz qəzzalılar qarşısındakı öhdəliklərimizdən imtina etməyəcəyik,” deyə o Twitterdə yazıb. “Biz enerjimizi bu işləri bərpa etmək məqsədilə pul toplamağa səfərbər edəcəyik."

BMT-nin fələstinli qaçqınlarla iş üzrə idarəsi bəyanatında martın sonunadək zərər dəymiş binaları bərpa etmək və yaşamağa yerləri olmayan insanlara kirayə ev tutmaq üçün 100 milyon dollara ehtiyac olduğunu bildirib. 96 min dağılmış binanın bərpasının xərci 720 milyon dollardır, ancaq donorlar indiyədək sadəcə 135 milyon dollar təmin edib.