İslamçı militant Qazaxıstanın cənub şəhərində beş polis zabiti daxil olmaqla yeddi adamı öldürən və sonradan özünü partladıb.
Rəsmilər zorakılığın Taraz şəhərində baş verdiyini deyirlər. Militant onu təqib edən hüquq-mühafizə orqanı işçilərinə atəş açıb. Sonra o, bir maşını girov götürərək silah mağazasını qarət etmiş və bir mülki vətəndaşı öldürmüşdür. Sonradan tutulan militant polis onu tərk-silah edərkən özünü partladıb.
Orta Asiyanın ən iri və uğurlu iqtisadiyyatı olan Qazaxıstan indiyədək kifayət qədər stabil olub. Son il ərzində 17 milyonluq müsəlman ölkəsində militant hücumları artıb.