Qazaxıstanın növbəti prezidenti kim olacaq? Nazarbayevin qızı, kürəkəni, yoxsa qardaşı oğlu?

Qazaxıstan Konstitusiyasına əsasən, prezidentin səlahiyyətləri erkən sona çatdıqda, və ya öldüyü halda qalan müddətdə prezidentin səlahiyyətləri parlament senatının sədrinə keçir. Hal-hazırda bu səlahiyyətlər Qasım-Jomart Tokayevə verilib. Nazarbayev özü haqqında istefa məktubunda Tokayevi "dürüst və məsuliyyətli" adlandırıb.

Tokayev martın 20-də Qazaxıstanın müvəqqəti prezidenti olub. O, bu vəzifəni seçki müddətinin sonuna qədər icra edəcək, sonra isə yeni səsvermə keçiriləcəkdir.

Sonra ölkənin prezidentliyinə bir neçə nəfər namizədliyini irəli sürəcək. Məsələn, Nazarbayevin qızı Dariqa, ikinci qızı Dinaranın həyat yoldaşı, və Nursultan Nazarbayevin qardaşı oğlu.

Ailə

Nursultan Nazarbayevin varisləri sırasında ilk növbədə, onun böyük qızının adı çəkilir.

Dariqa Nazarbayeva uzun müddətdir siyasətlə məşğul olur və hazırda Parlament Senatının üzvüdür. O, həmçinin xarici əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinə rəhbərlik edir. Daha əvvəl Dariqa baş nazirin müavini olub. Tokayev prezident olandan sonra Dariqa ölkənin parlament spikeri seçilib.

Nazarbayevin varisləri sırasında ortancıl qızı Dinaranın həyat yoldaşı Timur Kulibayevin də adı çəkilir. Forbes-ə görə, o, rəsmi dollar milyarderidir.

Kulibayev Qazaxıstan Xalq Bankına nəzarət edir və Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədridır.

Qazaxıstanın prezidentliyə namizədlərin siyahısısında Milli Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini Samat Abişin də adı var. O, Nursultan Nazarbayevin qardaşı oğludur.

2017-ci ildə Samat Abiş general-leytenant rütbəsini alıb və 2013-cü ildə Qazaxıstan mətbuatının iddialarına əsasən, Nazarbayev onu Vladimir Putinə öz varisi kimi təqdim edib.

Qasım-Jomat Tokayev

"İnanıram ki, bu gün Qazaxıstanın rəhbərliyini əmanət edə biləcəyimiz şəxs məhz Tokayevdir" , "millətin lideri" öz çıxışında deyib.

Kasım-Jomart Tokayev 65 yaşındadır, 43 ildir ki siyasətdədir.

Tokayev SSRİ Xarici İşlər Nazirliyində işə başlayıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdək sonra 22 yaşlı Tokayev Sinqapurdakı Sovet səfirliyinə göndərilib.

1994-cü ildə Tokayev Qazaxıstanın xarici işlər naziri olub, 1999-cu ildə isə Nazarbayev onu baş nazir təyin edib. Daha sonra o, bir sıra yüksək səviyyəli dövlət vəzifələrində çalışıb, lakin daha çox o ölkənin xarici siyasətinə cavabdeh olub.

O, beynəlxalq arenada Qazaxıstanı nüvə silahları mövzusunda təmsil edib. ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini olub. 2013-cü ildə Tokayev Qazaxıstan Senatının rəhbəri seçilib.

İngilis, Çin, Fransız dillərində danışır.

Kasım-Jomart Tokayev Nazarbayevin ən sadiq tərəfdarlarındandır.

Tokayev Nazarbayevin ölkənin tarixindəki mühüm rolu haqda xarici mətbuata müsahibələr verir, məqalələr və hətta kitablar yazır. Onun “İşıq və kölgə” oçerkinin əvvəlində o, 2005-ci ildə Nazarbayevin andiçmə mərasimi haqda yazıb.

Dörd il əvvəl "Qazaxstanskaya pravda"da çap olunmuş "Titan" yazısında Tokayev yazırdı:

"Şarl De Qoll bir dəfə deyib: "Burada ixtira edilmiş ən yaxşı şey Fransadır." Lideri kimi Nazarbayevsiz təsəvvür edə bilmədiyimiz ölkəmiz barədə eyni şeyi söyləyə bilərik. Prezident Nazarbayevin liderliyi ilə Qazaxıstan demokratiya və davamlı inkişaf yolunda irəliləyəcək."

Ötən il Tokayev,BBC-yə verdiyi müsahibədə prezident Nazarbayevin 2020-ci il prezident seçkilərdə namizədliyini irəli sürəcəyinə inanmadığını bildirib. Şəxsi siyasi ambisiyaları barədə suala isə "Prezident Nazarbayev vəzifəsindən ayrılsa belə, həm xarici, həm də daxili siyasətə böyük təsir göstərəcək" , deyib.

Sələflər arasında Qazaxıstanın Rusiyadakı səfiri İmanqal Tasmagambetovun da adı var. O, müdafiə naziri, Prezident Apparatının rəhbəri və baş nazir olub.