Qazaxıstan 2014-cü ildə Azərbaycan ərazisindən 4 milyon ton neft ixrac edəcək

Xəzər, Qara və Aralıq dənizləri hövzəsindəki neft-qaz kəmərlərinin xəritəsi

Qazaxıstanın Aktau dəniz limanı ilə “Tengizchevroil” neft və qazçıxarma şirkəti arasında 2014-cü ildə Azərbaycan ərazisi ilə ildə 4 milyon ton neft ixrac edilməsi haqqında saziş imzalanıb.

Limanın direktoru Berik Uandıkov jurnalistlərə deyib ki, 4 milyon ton neftin 3 milyon tonu Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi, 1 milyonu isə Azərbaycan ərazisindən keçməklə Gürcüstanın Kulevi limanından dünya bazarlarına nəql olunacaqdır. Onun sözlərinə görə hazırda Azərbaycan tərəfi ilə bu istiqamətdə danışıqlar aparılır. Xəbəri AzərTac agentliyi yayıb.