Dünən Vaşınqtonda Avropa, Rusiya və Avrasiya tədqiqatları üzrə mütəxəssis Kolumbiya Universitetinin alimi Fredrik Syoberq Gürcüstan, Azərbaycan və Qırğızıstanda seçkilərdə baş verən saxtakarlıqdan danışdı.
Cənab Syoberq seçki günü müşahidəçilərin səsvermə prosedurlarına nəzarət etməsinin vacibliyini qeyd etdi.
Azərbaycandakı seçki prosesindən söz açan natiq müşahidəçilərin iştirak etmədiyi təqdirdə Azərbaycanda saxtakarlığa yol verildiyini bildirdi. O, xüsusi olaraq Azərbaycanda hətta müşahidəçilərin iştirak etdiyi təqdirdə belə bürokratik saxtakarlıqların baş verdiyini və müşahidə praktikasının Azərbaycanda keçirilən seçkilərə çox az təsir etdiyini vurğuladı.
Fredrik Syoberq saxtakarlıqların əsasən günorta və axşam saatlarında edildiyini qeyd etdi. Onun sözlərinə görə, bəzən qutulardan çıxarılmış vərəqələr bükülməmiş olur. Bu halda isə bu vərəqələrin qutuya qatlanılmamış necə daxil olması sual doğurur.
Onun sözlərinə görə hərçənd ki, Gürcüstan başqa sabiq Sovet ölkələrinə nisbətən demokratik ölkədir, seçkilər zamanı müşahidəçilərin iştirak etmədiyi hallarda saxtakarlığa yol verilir.
Azərbaycan, Gürcüstan və Qırğızıstan seçkiləri haqda sorğu nəticəsində əldə edilən statistik rəqəmləri misal gətirən mütəxəssis Azərbaycanda insanların 51.3%-nin seçkilərin ədalətli keçirildiyini düşündüyünü göstərdiyini deyib. Bu faiz Gürcüstanda 30.5, Qırğızıstanda isə 39.2 %-dir. Mütəxəssis buna görə də Azərbaycanda seçicilərə təsir etməyə lüzum görülmədiyini, əvəzində seçki bülletenlərinin dəyişilməsinə üstünlük verdiklərini deyib.