Səhiyyə Nazirliyi Lökbatan sakini, 45 yaşlı Natalya Məmmədovanın qazdan zəhərlənərək ölməsi barədə məlumatı təsdiqləməyib.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə bildirib ki,qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Martın 5-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən dörd yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə 115 nəfər zəhərlənib. 70 nəfərə hadisə yerində ambulator yardım göstərilib, 45 nəfər Toksikologiya Mərkəzinə yerləşdirilib və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Nazirlik Lökbatan sakini, 45 yaşlı Natalya Məmmədovanın qazdan zəhərlənərək ölməsi barədə məlumatı təsdiqləməyib.