Xarkov qatarı hər dörd gündən bir saat 21:50-də Bakıdan yola düşür
"Bakı-Xarkov qatarı Ukraynadakı hərbi əməliyyatlar zonasından keçmir". Bu barədə Amerikanın Səsinə Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə Ukraynanın müharibə getdiyindən sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün Bakı-Xarkov reysinin marşrutunda dəyişiklik edilib.
Xarkov qatarı hər dörd gündən bir saat 21:50-də Bakıdan yola düşür.
"Bakı-Xarkov qatarı normal rejimdə çalışır, lakin təhlükəsizlik sərnişin daşımalarının həyata keçirilməsində ən vacib məsələdir", o bildirib.