Oğruların üzərilərində ümumiyyətlə silah olmur və onlar vaqonda olan 2.6 milyon funt sterlinq pulu oğurlayır
Britaniya tarixində ən uğurlu qarət “Böyük Qatar Qarəti” adı alır.
1963-cü il, 8 avqustda 15 nəfərdən ibarət cinayətkar qrup Qlasqodan Londona gedən poçt qatarını dayandırır. Oğrular pulla dolu vaqonu qatardan ayıraraq Ledburndakı Bridoeqo dəmiryol körpüsünə qaçırır. Onlar vaqonda olan 2.6 milyon funt sterlinq pulu oğurlayır. Bu məbləğ bu günün pulu ilə təxminən 40 milyon dollar edir. Adətən bu qatarla az pul aparılır. Lakin Şotland bankında bayram günü olduğundan bu dəfə qatarda həmişə olduğundan səkkiz dəfə çox pul olur.
Oğruların üzərilərində ümumiyyətlə silah olmur. Və bu faktor Britaniya ictimayyətinin diqqətini cəlb etməyə bilmir. Bəziləri hətta qarətçilərə rəğbət bəsləməyə başlayır.
Amma cinayət qurbansız olmur. Qatar sürücüsünün yardımçısı Deyvid Vitbay dəmiryolunun üzərinə atılır. Sürücü Cek Mills isə qarət zamanı oğurlanır. Daha sonra huşunu itirtmək üçün onun başının arxasından dəmirlə vurulur. Həmin zərbə onu ömürlük şikəst edir.
Anonim məlumat 13 nəfərdən ibarət cinayətkar qrupun həbsinə gətirib çıxarır. Onların arasında ən məşhuru Ronni Biqqs 15 ay həbsdə olduqdan sonra həbsxanadan qaçmağa müvəffəq olur və uzun müddət Avstraliyada daha sonra isə Braziliyada yaşayır. Səhhətinin ağırlaşıması üzündən o, qürbətdə qala bilmir. 2001-ci ildə, 71 yaşında Ronni Biqqs vətənə, İngiltərəyə dönür. O, cəzasının yerdə qalan 28 ilini çəkmək üçün həbsxanaya göndərilir.