Qətər təcridinin ziyanlarının araşdırılmasına çağırır

Qətərin İnsan Haqları Komitəsinin rəhbəri bir neçə ərəb dövləti tərəfindən ölkəsinin təcridini qınayaraq, BMT ekspertlərinin blokadanın vurduğu ziyanlı təsirlərini araşdırmağa çağırıb.

Əli Bin Səmiş Əl-Mərri deyib ki, təcrid Berlin divarının ziyanından daha çox Qətərə zərər vurur.

Bu gün Cenevrədə çağırış edən Əl-Mərri BMT-nin faktların aradırılması komissiyasına müraciət edib.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorizmə dəstək göstərməkdə ittiham edərək, ölkə ilə diplomatik münasibətləri kəsib.Ö

lkələr diplomatik heyətlərinin Qətərdən çıxarıb, dəniz və hava nəqliyyatının fəaliyyətini dayandırıb.

Regionun tanınmış hava yolları şirkətləri Saudia, Emirates və Etihad bildiriblər ki, onlar Qətərə olan uçuşları dayandırıb. Qatar Airways isə öz növbəsində Sədiyyə Ərəbistanına uçuşları təxirə saldığını elan edib.

Dörd ölkənin bu qərarı elan etməsindən sonra Yəmən və Liviya da Qətər ilə münasibətlərini kəsib.