İnqrid qasırğası daşqınlara səbəb olub

İnqrid tropik qasırğası Meksika körfəzi sahillərini təsirinə məruz qoyub.

İnqridin gətirdiyi şiddətli yağışlar dünən və bu gün regionda daşqınlara səbəb olaraq, oradakı insanın həyatını çətinləşdirib.

Meksika LaPeskadan cənub Tapikoyadək bütün körfəz bölgəsində qasırğa xəbərdarlığı edib.

ABŞ-ın Milli Qasırğa Mərkəzi bildirib ki, fırtına sabah və bazar ertəsi günü torpaq sürüşmələrinə səbəb olacaq qasırğaya çevrilə bilər.

Qasırğa mərkəzi habelə Sakit Okean sahili boyunca qeydə alınan Manuel tropik qasırğasının bu gün və sabah Meksikanın cənub-qərb sahillərinə 25-38 santimetr həcmində yağış gətirə biləciyini deyib.