Polisin Milli Şura ilə əklil davası

Polisin Milli Şura ilə əklil davası

Polis əkililəri Şəhidlər Xiyabanına buraxmaq istəməyib
Yanvarın 20-də Polislə 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarətə gedən Milli Şura üzvləri arasında qarşıdurma yaşanıb.

Fotoreportyor Mehman Hüseynovun Amerikanın Səsinə verdiyi məlumata görə qarşıdurmaya səbəb Milli Şura üzvlərinin Şəhidlər xiyabanına apardığı iki əkili olub.

Polis əkililəri Şəhidlər Xiyabanına buraxmaq istəməyib .

. Nəticədə polislə müxalifətçi gənclər arasında kiçik qarşıdurma yaşanıb. Polis üzərinə Milli Şura yazılmış əkililəri müxalifətçilərdən alıb.