Qaradərili qızları səs verməyə təşviq edən təşkilat [Video]

Your browser doesn’t support HTML5

Qaradərili qızları səs verməyə təşviq edən təşkilat

“Qaradərili Qızlar Səs Verir” bitərəf qeyri-kommersiya təşkilatıdır. Təşkilat gənc afroamerikalı qadınları daha aktiv seçici olmağa təşviq edir. Ötən noyabr ayında fəaliyyətə göstərməyə başlayandan bəri “Qaradərili Qızlar Səs Verir” 10 min beş yüz seçicini qeydiyyatdan keçirib. Ancaq təşkilatın əsas məqsədi təkcə seçiciləri səfərbər etmək deyil.

2008 və 2012-ci ildə prezidentiliyi müəyyən edən qaradərili qadınlar oldu. Amerika İnkişaf Mərkəzinin verdiyi məlumata görə, afroamerikalı qadınların 76 faizi səsvermə üçün qeydiyyatdan keçmişdi və onların 70 faizi səs vermişdi.
Nikidria Robinson

Prezident seçkilərinə üç ay qalıb. Bəzi amerikalılar kimə səs verəcəklərini bilsələr də, bəziləri hələ də qərarsızdır. Bundan əlavə, seçkidə iştirak etməyə könülsüz olanlar da var.

“Qaradərili Qızlar Səs Verir” təşkilarının təsisçisi Nikidria Robinson azlıqların səslərinin artan gücünə baxmayaraq, bir çox gənc afro-amerikalı qızlarda səsverməyə könülsüz yanaşdığını görür.

“Biz bilirik ki, 2008 və 2012-ci ildə prezidentiliyi müəyyən edən qaradərili qadınlar oldu. Amerika İnkişaf Mərkəzinin verdiyi məlumata görə, afroamerikalı qadınların 76 faizi səsvermə üçün qeydiyyatdan keçmişdi və onların 70 faizi səs vermişdi,” deyə Nikidria bildirir.

Bəs o zaman nə üçün 19-25 yaşları arasında olan gənc afro-amerikalı qadınlar seçki günündə evdə qalmağa üstünlük verir?

“Bəzən onlar səsvermənin nə olduğunu, səslərindən necə istifadə edəcəklərini, bunun onların gündəlik həyatına necə təsir edəcəyini anlamırlar,” deyə Nikidria bildirir.

O deyir ki, əsas məsələ onlara səsvermə və gündəlik həyat arasındakı əlaqəni başa salmaqdır. Məsələn, onların səsi yaşadıqları məhəllərlərdə baş verən atışmaya hökümətin cavabına təsiri ola bilər.

“Onların icmasını patrul edən polis, küçə işıqları, afroamerikalı kişilər üçün daha çox iqtisadi imkanların təmin edilməsi- bunlar hamısı siyasətə bağlıdır.”

Bu yerli təşkilatın üzvləri qadınlarla mağazalar, gözəllik salonları, restoranlar və universitet şəhərciyi daxil olmaqla müxtəlif məkanlarda görüşür.

“Mən bü gün səsvermə üçün qeydiyyatdan keçməyə və “Qaradərili Qızlar Səs Verir” təşkilatına üv olmağa gəlmişən,” deyə tələbə Kira Banks bildirir.

Tibbi təhsil alan Kira Banks əvvəllər heç vaxt səs verməyib.

Onun qrup yoldaşı Keişa Addison tam ştat işləyir və üç övlad böyüdür. O, 19 yaşından səs verir.

Bəzən onlar səsvermənin nə olduğunu, səslərindən necə istifadə edəcəklərini, bunun onların gündəlik həyatına necə təsir edəcəyini anlamırlar.
Nikidria Robinson

Addison “Qaradərili Qızlar Səs Verir” təşkilatına gənc qadınların siyasətə cəlb olunmadıqlarına inandığı üçün qoşulmaq istəyir. O deyir ki, buna misal onun 21 yaşlı qızıdır. O səs vermək istəmir.

“O gənclərin maraqlarını təmsil edən, onlara xitab edən namizədin olmasını istəyirdi. Mən isə ona deyirdim ki, kimə səs verəcəyindən asılı olmayararaq, seçkidə iştirak etməlidir. Kimə səs verdiyindən asılı olmayaraq, onun səsi böyük rol oynayacaq.”

“Bu mesajı bütün icmaya çatdırmaq üçün təşkilat üzvləri tədbirlər təşkil edir.

Məsələn, Kids Zone adlı yay proqramında uşaqlar sinfin prezidentini seçir.

“Biz bunu onlara kişik yaşlardan bəri öyrətməliyik ki, onlar evə gedib, “ana, mən bu gün prezident seçkisində səs verdim, Amerika prezidenti deyil, Kids Zoneda sinif prezidentinə.” Beləliklə, noyabrda onlar seçki haqda eşidndə, “ana, sən səs verməlisən” deyəcəklər.”

Təşkilatın təsisçisi Nikidria Robinson deyir ki, gənc nəsillərə demokratik prosesi öyrətmək onların hər səsin nə üçün vacib olduğunu, onların maraqlarını təmsil edən namizədi seçmələrinin icmalarına müsbət dəyişikliklər gətirəcəyini anlamasına yardım etmək üçün çox mühümdür.