Beynəlxalq Böhran Qrupu tövsiyələrlə çıxış edib

Beynəlxalq Böhran qrupunun bəyanatında bildirilir ki, Azərbaycan və Ermənistan arasında qeyri-intensiv qarşıdurma həssas bir mərhələyə çatıb. 2011-ci ildə Dağlıq Qarabağ sülh danışıqları dayandırılıb, lakin silah yarışı və retorikalar vüsət alıb. Tərəflər “xəbərdarlıqsız hücum” və “müharibə” kəlmələrinə tez-tez müraciət edir.

Beynəlxalq Böhran qrupu illərdir həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin təhlükəsindən yazır. Qurum bəyanatı ilə müharibənin qaçılmazlığı və ya müharibə olmayacağını demək istəmir. Beynəlxalq Böhran qrupu hədələrin sabitliyə təhlükə törətdiyini bildirir və tövsiyələrlə çıxış edir:

-Minsk qrupu, Avropa İttifaqı və digər qurumların diplomatiya yolu ilə tərəfləri retorikalarına diqqət yetirməyə səsləməlidir. Tərəflərə düşmənçiliyin riski və bunun onlara baha başa gələcəyi izah edilməlidir.

-Azərbaycanda prezident seçkiləri və Ermənistanda siyasi böhrana yol verilməməsi tərəflərin prioriteti olmalıdır. Təmasların intensivləşdirilməli, nazirlər və parlament üzvləri arasında görüşlər təşkil edilməlidir.

-Hərbi eskalasiyaya yol verməmək üçün Yerevan və Bakı arasında qaynar xətt yaradılmalıdır. Tərəflər müharibə əsirləri məsələsini Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsi ilə həll etməlidir.

-Münaqişənin bütün aspektlərində nüfuza malik olan Rusiya Minsk qrupunun hımsədri kimi razılıq əldə edilməsində daha fəal rol oynamalıdır. Rusiya silah təminatını dayndırmalıdır. Cənubi Koreya və İsrail kimi digər silah təminatçıları da eyni addımı atmalıdır.