Sistin Kilsəsinin bacasından qara tüstü yüksəldi

Vatikanın Sistin Kilsəsinin bacasından qara tüstü yüksəlib. Bu, Roma katolik kardinallarının yeni Papanı ilk səsvermədə seçə bilməməsinə işarədir.

Qara tüstü müqəddəs Piter Meydanında minlərlə dindar tərəfindən müşahidə olunub. Çərşənbə günü səhəri 115 kardinal yenidən səsvermə keçirəcək.

Onlar Papa XVI Benedikti əvəzləyəcək yeni papanı seçənə qədər bütün çıxışları məhdudlaşdırılmış Vatikanın qədim divarları arxasında qalacaqlar.

Kardinallar namizəd üzərində razılıq əldə etdikləri təqdirdə bacadan ağ tüstü çıxacaq və Müqəddəs Piter Kafedralından zənglər çalınacaq.

Roma Papası XVI Benedikt fevralın 28-də istefa verib. 1951-ci ildə keşiş, 1977-ci ildə kardinal titulu qazanan Benedikt 2005-ci ildə Roma papası seçilmişdi.