“Qanun” nəşriyyat evində vergi yoxlamaları

“Qanun” Nəşriyyat Evində vergi yoxlamaları

Vergilər Nazirliyi faktı təsdiqləyib
Vergilər Nazirliyi “Qanun” Nəşriyyat Evinin ofisində yoxlamaya başlayıb.

Nəşriyyat evinin direktoru Şahbaz Xudoğlunun verdiyi məlumata görə, noyabrın 1-də bir neçə nəfər ofisə gələrək yoxlamaya başlayıb.

Onun sözlərinə görə, 20 nəfər nazirlikdən gələrək, vergi sənədlərini, bütün komputerləri götürüb.

“Yoxlama aparılan zaman əməkdaşlarımızı binaya buraxmayıblar. Nəşriyyatın işi iflic vəziyyətinə düşüb”-deyə o bildirib.

Vergilər Nazirliyindən APA-ya bildirilib ki, noyabrın 1-də vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə nazirliyin Vergi Auditi Departamenti tərəfindən “Qanun” Nəşriyyat Evində vergi yoxlamasına başlanılıb.