Sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçirilən referendumda kütləvi qanun pozuntuları qeydə alınıb. Bakı vaxtilə saat 08.00-dan saat 19.00-adək davam edən səsvermə prosesini özəl vətəndaşlar izləmiş və saxtakarlıq hallarını nümayiş etdirən videolar üzə çıxarmışlar. Onlardan bəzilərini təqdim edirik:
***
Seçki qutusuna topa bülleten atan şəxsin 19 saylı Nərimanov 1-ci seçki dairəsinin 23 saylı seçki məntəqəsinin sədri Şəlalə Mirzəliyeva olduğu deyilir.
Bu videoya Facebook-da şərh yazan Milli Şura sədri Cəmil Həsənli bildirib: "MSK sədri Məzahir Pənahov gün ərzində dəfələrlə təkrar edib ki, seçki pozuntuları ilə bağlı onlara rəsmi şikayətlər daxil olmayıb. Əgər MSK-nın özünün ayrı-ayrı məntəqələrdə quraşdırdığı kameralar saxtakarlıqla doludursa, komissiya üzvləri və cinayətə cəlb edilmiş ayrı-ayrı adamlar tərəfindən topa bülleten atılması, boş qutuları bülletinlə əvvəlcədən doldurulmuş qutularla əvəz edilməsini, karusel sürüsünü açıq-aydın əks etdirirsə, burada rəsmi şikayətə nə ehtiyac var. Saxtakarlıq özlərinin quraşdırdığı kameralarda o qədər kütləvi formada olub ki, bunun üçün xüsui rəsmi müraciətə heç bir ehtiyac yoxdur və bunları araşdırıb rəsmi cavab bəyan etmək MSK-nın vəzifə borcudur."
***
MeydanTV 15 saylı Yasamal birinci seçki dairəsinin 26 saylı məntəqəsində seçicinin atasının yerinə səs verildiyini bildirir:
***
AzadlıqRadiosu yazır ki, bir nəfər iki dəfə səs verib.
***
MeydanTV məlumatına görə, 15 saylı Yasamal birinci seçki dairəsinin 7 saylı məntəqəsində müşahidəçi iddia edir ki, məntəqə üzvləri qutuya bir neçə dənə bülleten atırlar və bu, mütəmadi davam edir.
***
Əvvəlcədən kəsilən bülletenlər, səsvermə otağına baxan kameralar, bir seçiyə verilən iki bülleten, səsverməni görməyən müşahidəçilər və ultrabənövşəyi lampa ilə seçicinin əvvəl səs verdiyini göstərən bənövşəyi rəng amma yenidən məntəqəyə qəbul edilib, səs verənlər.
Meydan TV müşahidə apardığı 19 saylı Nərimanov seçki dairəsinin 34 saylı seçki məntəqəsində, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 7 saylı məntəqəsində, 19 saylı Nərimanov 1-ci seçki dairəsinin 31 saylı seçki məntəqəsi və 36 saylı Xətai dördüncü seçki dairəsi 9 saylı seçki məntəqəsində baş verənləri sizə çatdırır.