İyun ayının 14-ü Beynəlxalq Qan Donorları Günüdür

İyun ayının 14-ü Beynəlxalq Qan Donorları Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı həyatların xilası üçün daha artıq qan donorluğuna çağırır. Təşkilat qan məhsulları və qanın özünə tələbatın hər il durmadan artdığını bildirir. Aşağı və orta gəlirli ölkələrdə çox hallarda yalnız hamilə və yenicə doğmuş qadınlar qanla təmin edilir. Yüksək gəlirli ölkələrdə qan köçürülməsinə ürək və transplantasiya əməliyyatları, xərçəng kimi xəstəliklərin müalicıəsində müraciət edilir.

Ümumdünya Səhiyyə Təşkilatı qana ehtiyacın həm yoxsul, həm də zəngin ölkələrdə eyni dərəcədə yüksək olduğunu bildirir. Təşkilatın bildirdiyinə görə, könüllü və ya pulla qan verən donorların hər bir ölkədə sağlamlığın qorunmasındakı rolu əvəzsizdir.

Hazırda dünyanın 60 ölkəsində qan ehtiyatının 100 faizini könüllülər təmin edir. Bunların 35-i yüksək gərlili ölkələrdir. Digər 73 ölkənin qan ehtiyatının 50 faizini pul müqabilində qan verənlər təmin edir.
Ümumdünya Səhiyyə Təşkilatı Afrika kimi bölgələrdə qan və qan məhsullarına təlabatın olduqca yüksək olduğunu bildirir.

Qurum donarların qan verməzdən əvvəl müayinə edilməsinin cavibliyini vurğulayır. Təşkilar HİV, B, C hipotiti və sifilis kimi xəstəliklərə görə müayinənin məcburi olmasını tələb edir.