Qalibə mükafat verilməyən ən çətin idman yarışı [Video]

Your browser doesn’t support HTML5

Qalibə mükafat verilməyən ən çətin idman yarışı

Cümə axşamı Filippin sahillərindən yelkən açan Skallivaq komandasının ekipaj üzvləri Volvo Okean yarışının dördüncü hissəsinə başlayıb. Növbəti dayanacaq Honq Konqdur. Burada onlar fevral ayında başalayacaq beşinci hissə üçün dincələcəklər.

Skallivaq Honq Konqu təmsil edən ilk yaxtadır və onlar qarşılarına Asiya sahillərindəki rəqabəti artırmaq məqsədini qoyublar.

Lider olmaq uğrunda mübarizə aparan komandalar başa düşür ki, onları qarşıda uzun yol gözləyir və təbiətin onlar üçün başqa planları ola bilər.

“Bizdən qabaqda olan qayığın daha çox külək üstünlüyü var. Buna görə də onlar üçün qabaqda olmaq və aradakı məsafəni genişlətmək daha asandır." - deyə, yarış iştirakçısı Frank bildirib.

Bu ilki Volvo Okean yarışı Cənubi Afrikanın dalğalı suları səbəbindən 45 min dəniz mili uzunluğuna çataraq tarixin ən uzun yarışı olub. Sonda yarışın qaliblərinə heç bir pul mükafatı verilməyəcək. bu yarış sadəcə ad-san və prestij üçündür. Yarış iyun ayına qədər davam edəcək.