Qadınlara dəstək məqsədli sərgi

Your browser doesn’t support HTML5

Bakıda "Zərif toxunuş - 2" adlı əl işləri sərgisi keçirilib. Tədbirin təşkilatçısı "Sanama collection"-ın yaradıcısı Sona Əzizovadır. Sayca 2-ci olan "Zərif toxunuş" sərgisi fərqli və unudulmuş sənət nümunələrini əhatə edib. Burada xəttatlıq, toxuculuq, rəngkarlıq nümunələri, gildən hazırlanmış əşyalar və s nümayiş olunub. Sərgi əl əməyi ilə məşğul olan işsiz və ya evdar, o cümlədən, əlilliyi olan qadınlara dəstək məqsədi daşıyır. Onlara öz əl işlərini satışa çıxarmaları üçün şərait yaradılıb. Sərgidə 60-a yaxın xanım öz əl işlərini sərgiləmək imkanı qazanıb.