Qadınlar üçün yeni startaplar kreativlik və birgə işə köməkdir

Your browser doesn’t support HTML5

Qadınlar üçün yeni startaplar kreativlik və birgə işə köməkdir

Rahat iş yeri tapmaq, xüsusən də qadınlarn üçün kişilərin üstünlük təşkil etdiyi elm və texnologiya sahələrində çox vaxt çətin ola bilər. Lakin yeni startaplar daha çox qadınların üstünlük təşkil etdiyi sahələrə kömək etməyə yönəlib.

Bura Riveter şirkətidir. Qadınlara və qadınların idarə etdiyi şirkətlərin bir araya gəlib işləyə biləcək unikal yerdir.

" Biz təkcə fiziki məkan deyil, həm də qadınları dəstəkləmək üçün və birlikdə daha geniş icmanın yaradılmasına ehtiyac olduğunu gördük", Keri Mörfi, The Riveter şirkətinin həmtəsisçisi.

Sietlda yerləşən bu startapın əsas ideyası sadədir - bu açıq ofis məkanıdır. Şirkətlər və ya fərdi şəxslər burada yer, ümumiyyətlə masadan iri ofisə qədər hər şeyi icarəyə götürüb digər qadınlarla birgə işləyə bilər.

"Mən yenicə Money Muse adlı şirkət açdım. Bu qadınlara maliyyə bilikləri haqda təlimlər verir və onlar üçün tədbirlər həyata keçirir", The Riveter şirkətinin üzvü Stefani Ksenos.

Stefani Ksenosun burada yeri var..
O, kişilərin üstünlük təşkil etdiyi iş yerləri haqda təsəvvürə malikdir ...

"Xüsusən də kişilərin üstünlük təşkil etdiyi kosmos kimi sahədə mən hər zaman otaqda olan yeganə qadın idim və bunu dəyişmək istəyirdim. Güclü qadınların ətrafında olmaq, bunun nə cür hiss olduğunu bilmək istəyirdim", The Riveter şirkətinin üzvü Stefani Ksenos.

Burdakı iş yerləri müştərilər kimi müxtəlifdir..

"Biz qlobal səhyyə təşkilatlarına kömək etmək üçün qrafik dizaynlarından istifadə edirik”, The Riveter şirkətinin üzvü Rebekka Riçard- Diop.

"Bu geyim kirayəsi xidmətidir", The Riveter şirkətinin üzvü Ambika Sinq.

Cemi Russo kimi iş yerlərinin inkişafını öyrənən insanlar bunu təbii inkişaf adlandırır.

"Daha çox öyrəndikcə və bazar da inkişaf etdikcə daha spesifik və kiminsə axtardığı parametrlərə daha uyğun müxtəlif variantlar yaranmağa başlayır. Qadınların diqqət mərkəzində olduğu yer buna yaxşı nümunədir”, Cemi russo, Global İşyerləri Assosiasiyası.

Stefani Ksenos bunu MeToo hərəkatına gətirib çıxaran qadınların hüquq və imkanlarının genişləndirilməsinin nəticəsi hesab edir.

"Cinsi qısnama bir çox sənaye sahələrində və bir çox başqa yerlərdə böyük problemdir və çox vaxt cinsi təcavüz qurbanı kimi də qadınlardan dəstək ala bilməzsiniz. Amma indi düşünürəm ki, qadınlar başqalarına daha çox dəstək verməyə başalyır", The Riveter şirkətinin üzvü Stefani Ksenos.

The Riveter şirkəti qadınlar üçün yaransa da, şirkət rəhbərləri kişilərin də buraya gələ biləcəyini və Riveter üzvlərinin dörddə birinin kişi olduğunu bildirib.